2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər

    Alimlər HD260655 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz) ətrafında dövr edən 2 maraqlı planet kəşf ediblər. Söhbət, Yer kürəsinə bənzəyən daş səthli planetlərdən gedir. Bu cür planetləri adətən Super Yer adlandırırlar. Kəşf edilmiş planetlər qırmızı cırtdan ətrafında elə bir yüksək sürətlə dövr edirlər ki, onlardan birindi 1 il 2 gün, digərində isə 5 gün təşkil edir. Sözügedən planet sistemi Yer kürəsindən 33 işıq ili uzaqlığında yerləşir. Alimlər düşünürlər ki, həmin planet sistemində bu iki planetdən başqa digər planetlər də mövcuddur. Super Yer sinifinə daxil olan planetlərə Yer kürəsindən böyük, lakin Neptun Urandan kiçik olan planetlər deyilir və bu sinifə daxil olmaq üçün bu və ya digər planet həmçinin daş səthə sahib olmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

    Alimlər yeni 2 planeti TESS adlı kosmik teleskop vasitəsilə kəşf ediblər. Sözügedən kosmik teleskop ekzoplanetlərin axtarışı ilə məşğul olur. Bu teleskop planetləri tranzit üsulu vasitəsilə aşkar edir. Belə ki, bu üsul çərçivəsində bu və ya digər planet öz ulduzu fonunda hərəkət edən zaman ulduzun parlaqlıq səviyyəsində dəyişikliklər baş verdiyi üçün həmin planeti təyin etmək mümkün olur. Kəşf edilmiş yeni planetlər alimlər üçün böyük maraq kəsb edirlər. Belə ki, onlar Yer kürəsinə ən yaxın olan planet sistemlərindən birində yerləşirlər. Alimlər güman edirlər ki, həmin planetlərin yerləşdikləri planet sistemində digər planetlər də mövcuddur. Kəşf edilmiş planetlərdən biri HD 260655 b, digəri isə HD 260655 adını əldə edib. Bununla yanaşı alimlər kosmik teleskop vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu yeni planetlərin özəlliklərini təyin edə biliblər.

– Öz ulduzuna ən yaxın olan HD 260655 b planeti Yer kürəsindən təqribi olaraq 1.2 dəfə böyükdür və 2 dəfə daha böyük kütləyə sahibdir. O öz ulduzu ətrafında tam dövrü 2.8 günə reallaşdırır

– HD 260655 planeti isə Yer kürəsindən 1.5 dəfə böyükdür və 3 dəfə daha böyük kütləyə sahibdir. O öz ulduzu ətrafında tam dövrü 5.7 günə reallaşdırır.

    “Bizim əldə etdiyimiz məlumatlar onu göstəriblər ki, həmin planetlərdə çox güman ki, bizim bildiyimiz formada həyat növü mövcud deyil. Həmin planetlərin sahib olduqları qırmızı cırtdanın bizim Günəşdən fərqli olaraq daha soyuq və aşağı parlaqlığa sahib olmasına baxmayaraq planetlər ona çox yaxın məsafədə yerləşirlər” – deyə alimlər qeyd ediblər.

    Alimlər hesab edirlər ki, HD 260655 b planetində ortalama temperatur 435 dərəcə Selsi, HD 260655 planetində isə ortalama temperatur 284 dərəcə Selsi təşkil edir. Mütəxəssislər bildiriblər ki, həmin planetlərin səthlərində suyun maye formasında mövcud olması mümkün deyil. Belə ki, temperatur göstəriciləri çox yüksəkdir. “5 və ya 6 planetdən ibarət çoxlu sayda planet sistemi mövcuddur. Bu əsasən sözügedən qırmızı cırtdan kimi ulduzları əhatə edir. Ola bilsin ki, biz bu planet sistemində qırmızı cırtdandan daha uzaq məsafədə yerləşən digər planetlər aşkar edə bildik” – deyə mütəxəssislər qeyd ediblər.

24 saat” “Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button