Bizim tərcüməDünya

Alimləri qorxudan kəşf! Norveç buzlaqlarında zərərli kimyəvi maddə PFAS aşkar edilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

The Guardian qəzetinin xəbərinə görə, Oksford Universitetinin alimləri Norveçin Svalbard bölgəsindəki buzlaqlarda apardıqları araşdırmalarda 26 növ PFAS birləşmələri aşkar ediblər.

Araşdırmada buzlaqların əriməsi və yüksək zəhərli kimyəvi maddələrin su mənbələrinə qarışmasının bölgədəki plankton, balıq, suiti və qütb ayıları kimi canlılar üçün təhlükə yaratdığına diqqət çəkilib.

Saytların yığılması Saytlarin yigilmasi

Mövsümi buzlaqların əriməsi zamanı bölgədəki sulara bir çox PFAS kimyəvi maddəsinin axdığını söyləyən tədqiqatçılardan Dr. Uilyam Hartz qeyd edib ki, Svalbard bölgəsindəki istiləşmə ilə bu təsir ikiqat artıb ki, bu da dünya ortalamasının üstündədir.

Hartz əlavə edib ki, qütb ayıları təbii mühitdəki dəyişikliklərin təsirindən başqa, daha yüksək miqdarda zəhərli kimyəvi maddələrə də məruz qalır.

Perftorlu və poliftorlu alkil maddələri (PFAS) insan orqanizmində və ətraf mühitdə zamanla toplanan və tərkibində 4700-dən çox kimyəvi maddə olan geniş istifadə olunan texnogen kimyəvi maddələr qrupu kimi müəyyən edilir.

Bu maddələr ətraf mühitdə və insan orqanizmində son dərəcə davamlı olduqları üçün “sonsuz kimyəvi maddələr” kimi də tanınır.

Bu maddələrin qaraciyərin zədələnməsi, qalxanabənzər vəzi xəstəlikləri, piylənmə, fertillik problemləri və xərçəng kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyi ifadə edilir. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button