2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Alimpaşa Məmmədov: “Tapşırığı mən vermişdim, Qüdrət Əliyev yığılan məbləği mənə verib”

Yayımlandı: 24 Yanvar 2023 14:39

Həbsdəki icra başçısından əhalinin siyahıya alınmasıyla bağlı etiraf

Bir müddət əvvəl Azərbaycanda məhkəmə hakimlərindən bir qisminin vəzifə dəyişikliyi zamanı Şəmkirin sabiq icra başçısı, 2021-ci ilin aprelindən həbsdə olan Alimpaşa Məmmədovun işinə baxan hakimin də iş yeri dəyişdi. Hakim Nural Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsindən Gəncə Apelyasiya Məhkəməsinə göndərildi. Bu səbəbdən Alimpaşa Məmmədovun işinin araşdırılması Gəncə Ağır Cinayətlər Məhkəməsində bu dəfə Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Yanvarın 24-də məhkəmədə 16 şahid dindirilib.

Alimpaşa Məmmədov Sahibkarlığın İnkişafına Yardım Fondunun xətti ilə götürülən kreditlərin geri qaytarılmasında yaranmış problemlərə münasibət bildirərkən deyib ki, bu məsələnin ona aidiyyəti yoxdur.

Onun sözlərinə görə, həmin kreditlər müxtəlif sahibkarlar tərəfindən götürülüb, məsuliyyəti də onların özləri daşıyır.

Məhkəmədə dindirilən şahidlərdən Şəmkir rayonunun Əliyaqublu kənd icra nümayəndəsi vəzifəsində çalışmış Orxan Mürsəlov deyib ki, 2019-cu ildə əhalinin siyahıya alınması zamanı 9 sayıcıdan pul alınıb. Həmin pulu alıb, Statistika İdarəsinin rəhbəri Pərvin Gözəlovaya çatdırıb:

“Bu tapşırığı icra başçısının birinci müavini Qüdrət Əliyev vermişdi”.

İrmaşlı kənd və Zəyəm qəsəbəsi üzrə keçmiş icra nümayəndəsi Mübariz Musayev isə siyahıya alınma zamanı Pərvin Gözəlovaya 1080 manat pul verdiyini iddia edib. O da bildirib ki, sözügedən tapşırığı Qüdrət Əliyevdən almışdı.

Digər keçmiş icra nümayəndələri Elnur Əliyev, Eldar Murquzov və s. şahidlər də bənzər ifadələr veriblər.

“Bu tapşırığı bizə Qüdrət Əliyev vermişdi. Demişdi ki, toplanan vəsait rayonun abadlıq işlərinə xərclənəcək. Sayıcılar 298 manat almalıydı, bu pulların bir hissəsini alırdı”, – Eldar Murquzov bildirib.

Alimpaşa Məmmədov ümumilikdə 40 min manat vəsait toplandığını təsdiqləyib:

“Tapşırığı mən vermişdim. Günahkar bu adamlar deyil. Qüdrət Əliyev yığılan məbləği mənə verib”.

Sabiq icra başçısının məhkəməsi yanvarın 31-də davam edəcək.

2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da qurumun binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub.

Onların arasında “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, “Az Farel” MMC – balıq yetişdirmə və emalı müəssisəsi və Bakıda mənzillər də var.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının Alimpaşa Məmmədov olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button