Loading...
Loading...
Gündəm

“Alışanov üçün bulaq başına yorğan-döşək aparmısanmı?”

Alışanova sui-qəsdlə bağlı məhkəmədə gərginlik

Bakı Ağır Cinayətlər Məhkəməsində “AzTV” QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 24saat.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zöhrab Şirinov vəkillərin suallarını cavablandırıb. O qeyd edib ki, 15 gün “Bandotdel”də saxlanılıb və təzyiqlər olunub. “Cinayət işindəki ifadələr təzyiqlə alınıb.Sadəcə vəziyyət elə idi ki, ya özümü öldürməliydim, ya da yazılanlara qol çəkmədiyim. Mən də imzaladım, amma indi özümü öldürməliyəm və öldürəcəm. Vəkil mğndən qabaq sənədləri imzalayırdı. Müstəntiq də deyirdi ki, sənin qol çəkib-çəkməməyinin əhəmiyyəti yoxdur”.
O əlavə edib ki, Alışanova sui-qəsdlə bağlı heç bir plan və razılaşma olmayıb, Ş.Əkbərov ona pul versə də, bunu cinayət törətmək üçün deyil, ona olan borcunu qaytarmaq məqsədilə verib.
O bir neçə suala isə cavab verməkdən imtina edib: “Zərərçəkmiş Arif Alışanov bura gəlməsə bu suallara cavab verməyəcəm”.

Zərərçəkmiş tərəfin vəkilinin Z.Şirinova sualına Ş.Əkbərov yerindən söz atdığına görə, hakim ona xəbərdarlıq edib.
Z.Şironov özünə qəsd edəcəyini deyib. “Məhkəmə belə ədalətsiz getsə, mən özümə qəsd edəcəm, Kürdəxanıya qayıtmayacam. . Kişiyik, söz ağızdan bir dəfə çıxar. O göydəki Allaha and olsun, belə getsə, özümə qəsd eeəcəm. Sabah kimsə deməsin ki, Zöhrab xəstəkdən ölüb”
Daha sonra təqsirləndirilən Aqşin Hüseynov ifadə verib. Prokuror sual verən zaman Ş.Əkbərovun yerindən dövlət ittihamçısına söz atması yenidən gərginliyə səbəb olub.
Ş.Əkbərov Aqşinə sual verib: “Alışanov üçün dağa, bulaq başına yorğan-döşək aparmısanmı?”
Aqşin Hüseynov “bəli” cavabı verib. Həmin vaxt Alışanovun yanında olan qızla bağlı Ş.Əkbərovun sualı etirazlara səbəb olub.
Ş.Əkbərov Aqşinə sualları da əlavə gərginlik yaradıb. Ş.Əkbərov Aqşini yalandan onun əleyhinə ifadə verməkdə ittiham edib.

Daha sonra Ş.Əkbərov tərkibə təkrar etiraz verib. O bildirib ki, tərkibin bu işdə maraqlı olduğu üçün işə qərəzli baxır. Digər təqsirləndirilənlər Q.Cəbiyev və Z.Şirinov da məhkəməyə etiraz təqdim ediblər.
Məhkəmə müşavirədən sonra etirazın baxılmamış saxlanılması barədə qərar qəbul edib. Ş.Əkbərov əlavə şahidlərin də dindirilməsini istəyib: “Burada əvvəlki məhkəmələrdə dediyim qızın ölümü ilə bağlı burada şahidlər ifadə verəcək. Çox şeylərin üstü açılacaq”.
Hakim isə bildirib ki, təqsirləndirilən və zərərçəkənlərin dindirilməsindən sonra şahidlərin dindirilməsinə keçiləcək.
Ş.Əkbərovun vəkili isə A.Alışanovun məkəməyə çağırılıb dindirilməsi barədə vəsatət verib. Hakim bildirib ki, hələ digər zərərçəkənlər də dindirilməyib. “Digər iki zərərçəkən dindirildikdən sonra, A.Alışanov da məhkəməyə dəvət ediləcək. Onun gəlib-gəlməməsindən asılı olaraq, vəsatəti müakirə edərik” – deyə hakim bildirib.
Proses mayın 4-də davam edəcək.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

İttihama görə, Şücaət Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirləndirilir.
Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.
İttihama görə M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.
Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.
Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

24saat.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button