2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Alışanovu doğrayıb torbalara yığmalıydıq”

AzTV sədrinə qarşı sui-qəsd ittihamı üzrə məhkəmə davam etdirilib

“Arif müəllim Şamaxıya gəldi. Əvvəl müəllim, sonra bir qadın, sonra isə sürücü maşından düşdü. Qoçəliyə dedim ki, bu, qansız işdir. Sui-qəsd ona görə baş tutmadı ki, mən Qoçəliyə yalandan demişdim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd etmək olmaz. Tapşırıq vermişdilər ki, Alışanovla yanaşı onun yanında olan şəxsləri də güllələyim”.

24saat.org xəbər verir ki, bunu Bakı Ağır Cnayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəməsində şahid
M.Namazov deyib. Hazırda iş üzrə təqsirləndirilən şəxslər Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur. Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə ifadə verən M.Namazov deyib ki, Şücaət Əkbərov ona 600 min manat müqabilində Arif Alışanova sui-qəsd etmək təklifi edib. A.Alışanovun həyatına sui-qəsd ediləcəyi barədə ilk dəfə Şamaxıda bilib: “Gördüm ki, Qoçəli ilə Şücaət nə isə danışır. Qoçəli dedi ki, müəllim (Arif Alışanov nəzərdə tutulur) bura gəlir, 600 min pul veririk, bu məsələni həll edərsiz. Sonra silah verdilər”
Şahid qeyd edib ki, təkliflə razılaşsa da, sonradan bu barədə Daxili İşlıər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkaarlıqla Mübarizə İdarəsinə məlumat verib.
O qeyd edib ki, iki dəfə sui-qəsd planlaşadırılsa da, baş tutmayıb.Şahid daha sonra tərəflərin suallarını cavablandırıb. O bildirib ki, plan baş tutsa meyitlər doğranaq torbaya dolduracaqdı, yerdə qalanını isə Şücaət özü həll edəcəkdi.
Ş.Əkbərovun vəkili ona “əvvəldən razılaşmışdınsa, sonradan niyə imtina etmisiniz? Əgər prokurorluğu məlumatlandırmaq niyyətiniz vardısa niyə silahı götürürdünüz?” sualına şahid cavab verib ki, qəsdən avtomat silahı götürüb ki, lazım olsa, digərlərini zərərsizləşdirə bilsin.
Təqsirləndirilən Ş.Əkbərov M.Namazovla ailəvi yaxın dost olduqlarını bildirib: Əgər mən həqiqətən də sui-qəsd hanzırlayıb kimlərisə öldürmək istəyirdimsə, sən də mənim cinayət törətməyimi istəmirdinsə, bu barədə mənim ailəmə, yaxınlarıma məlumat verərək də hadisənin qarşısını ala bilərdin. Nəyə görə polisə məlumat verirdin?
M.Namazov: Polisə məlumat verməkdə qəbahət görmürəm, qardaşım da olsa, imkan vermərəm adam öldürməyə.
Z.Şirinov isə onunla üzləşmədə olub-olmadığını soruşub. M.Nmazov istintaq təcridxanasında üzləşmə kçirildiyini deyib. Z.Şirinov isəd eyib ki, üzləşmədə Müsabil heç onu tanımayıb: “Hətta dedi ki, mən bu adamı heç görməmişəm, necə üzünə durum?”. M.Namazov isə onun dediyini təkzib edib.
Daha sonra şahid qismində dindirilən Natiq Bağırov ifadəsində bildirib ki, kənd təsərrüfatı qurmaq üçün 2012-2016-cı illər ərzində Arif Alışanova 3, 5 milyon pul verib. Ş.Əkbərovun vəkili pulun mənbəyini göstərməsini istəyib. Hakim bu sualın çıxarıldığını bildirib.
Ş.Əkbərovun vəkili Arif Alışanovun və digər zərərçəkənlərin məhkəmə prosesinə dəvət edilməsi, əlavə şahidlərin dindirilməsi, öz iştirakları olmadan məhkəmədə dindirilən şahidlərin ifadələri ilə təqsirləndirilənlərə tanış olmaq üşün şərait yaradılması barədə vəsatətlər qaldırıb.
Təqsirləndirilən Ş.Əkbərov isə məhkəmə tərkibinə etiraz verib.
Hakim bildirib ki, təqsirləndirilən Aqşin Hüseynov məhkəməyə ərizə verıərək bildirib ki, ötən məhkəmə prosesi zamanı digər təqsirləndirilən şəxslər onu təhdid edərək, ifadəsini dəyişməyəcəyi təqdirdə özünü və ziləsini təhlükə gözlədiyini bildirib.
Arif Alışanovun vəkili də məhkəməyə müraciət edib. O qeyd edib ki, təqsirləndirilən Şücaət Əkbərov Arif Alışanobun Şamaxıya qızla getməsi və onu öldürməsi barədə məhkəmədə verdiyi açıqlamalar KİV-də dərc edilib. Vəkil vurğulayıb ki, təqsirləndirilən şəxs özünümüdafiə məqsədi ilə qəsdən A.Alışanov barəsində böhtan xarakterli və nüfuzdan salan məlumatlar yayır. O, Ş.Əkbərovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Hakim bildirib ki, bütün vəsatətlər və etiraz növbəti məhkəmə prosesində müzakirə ediləcək. Proses mayın 29-da davam edəcək.
İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə Barəsində , bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button