Now Reading:
“Alışanovu öldürərdim, heç tikəsi də tapılmazdı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə A.Alışanovun vəkilləri təqsirləndirilən Ş.Əkbərova suallar versə də, o, cavablamaqdan imtian edib və Alışanovun məhkəməyə gəlməyəcəyi təqdirdə o barədə danışmayacağını deyib: “Mən Arif Alışanova qarşı sui-qəsd etməmişəm, mütəşəkkil dəstə yaratmamışam, silahlarım da olmayıb. Alışanov gəlsin, mənimlə üzləşsin. Sözünü desin, mən də cavab verim. Mənimlə tutulanların hamısı günahsızdır. Alışanovu öldürmək istəsəydim, başqa adamlar nəyimə lazım idi? Alışanovla görüşdüyüm dağlarda, dərələrdə onu öldürərədim, heç tikəsini də tapan olmazdı. Nə şahid olardı, nə də sübut. Arif Alışanov təkcə Şamaxıda 335 hektar torpaq alb, hamısını sıyahısı var. Mənim onunla münasibətim həmişə normal olub. Amma onun Şamaxıya gətirdiyi qızın ölümündən sonra aramız pozulub”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.