2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Alman nazir: “Alman hüququ MİT üçün də etibarlıdır”

Almaniyanın Ədliyyə naziri Heiko Maas Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Almaniyada casusluq fəaliyyətləri icra etdiyi iddiaları ilə bağlı açıqlama verib. Maas “MİT-ə dair ağır ittihamlar doğru çıxarsa, alman hüququnun tətbiqi Türk gizli xidməti üçün də etibarlı olacaq” deyib. Alman hüququnu Almaniyada yaşayan bütün insanları qoruduğunu ifadə edən Maas “casusluğun cinayət tərkibi var. Belə bir vəziyyətə səssiz qala bilmərik” söyləyib.
Almaniya Daxili İşlər naziri Tomas də Maiziere isə açıqlamasında “alman torpaqları üzərində casusluq fəaliyyətləri cəza tələb edir və bizim tərəfimizdən buna dözüm göstərilmir” deyib.
Yaşıllar partiyasının həmsədri Cem Özdemir isə alman hökumətini tənqid edib. Özdemir açıqlamasında “alman hökuməti burada yaşayan türkləri nə məktəbdə, nə də iş yerində Ərdoğanın buraya uzanan qolundan qorumuş görünmür” deyib.
Xəbər verildiyi kimi, Almaniya Federal Prokurorluğu Almaniyadakı Gülən qruplaşması simpatizanları haqqında kəşfiyyat fəaliyyəti apardığı şübhəsiylə MİT haqqında istintaq başladıb. MİT-in Almaniyadakı 300-ə yaxın adam və təşkilatı təqibə aldığı alman orqanları tərəfindən təsdiqlənib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button