Now Reading:
Alman nazir: “Rusiya, İran, ABŞ və Səudiyyənin də cəlb olunduğu yeni münaqişə yarana bilər”

Alman nazir: “Rusiya, İran, ABŞ və Səudiyyənin də cəlb olunduğu yeni münaqişə yarana bilər”

Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ-ı Suriyada növbəti hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

Nazir bildirib ki, əks halda münaqişə daha da dərinləşəcək və daha çox insan həyatını itirəcək.
Onun sözlərinə görə, avropalı diplomatlar gələn həftə ABŞ dövlət katibi Reks Tillersonla görüşəcək və bir daha Vaşinqtonu hərbi müdaxilədən çəkinməyə çağıracaqlar.

Z.Qabrielin fikrincə, Suriyada gərginliyin artması təkcə Dəməşqin yox, eləcə də Rusiya, İran, Səudiyyə Ərəbistanı və ABŞ-ın də cəlb olunduğu yeni münaqişəyə gətirib çıxara bilər.
“İndi bizim işimiz tərəfləri danışıqlar masası ətrafında əyləşdirməkdir”, – deyə nazir bildirib.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.