2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Alman ordusunda ifrat sağçı hərbiçilərə qarşı mübarizə

Almaniya Baş qərargah rəisi Volker Vayker irqçi hücum planlaşdırdığı şübhəsiylə həbs olunan baş leytenant A. Franconun davranışlarının uzun müddət orduda görməzlikdən gəlindiyini bildirib.

Məlum olduğu kimi, adı keçən əsgərin suriyalı sığınmaçı olaraq özünə ikinci kimlik sənədi düzəldərək,  sol görüşlü qruplara və sığınmaçılara qarşı terror hazırlığı  təşkil etdiyi ortaya çıxmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

“SPIEGEL” jurnalına açıqlama verən Vayker A. Franco hadisəsində Vyana hava limanında silahı tapan Avstriya polisinin diqqətli davranışı nəticəsində istintaq başladıldığını xatırladıb. Şübhəlinin ifrat sağçı görüşlərə sahib olduğu məsələsində 2014-cü ildən faktlar olduğuna işarə edən  Vayker məsələnin uzun zaman görməzlikdən gəlindiyini deyib. Bu cür qəbulolunmaz  halların qarşısını almaqda hər kəsə vəzifə düşdüyünü vurğulayan qərargah rəisi, bunların alman ordusunun ölkə içində və xaricində etibarını zədələdiyini qeyd edib.  Bənzər hadisənin bir daha yaşanmaması gərək olduğunu vurğulayan Vayker alman ordusundakı özünü təmizləmə mexanizmlərinin yenidən gücləndirilməsi lazım olduğuna işarə edib.

Bu arada Almaniyanın Müdafiə Nazirliyinin sözçüsü Jens Flosdorff tərəfindən da təsdiqlənən xəbərdə, Şimali Reyn Vestflayada Ralf G. adlı bir əsgərin  də ifrat sağçı ifadələrlə diqqət çəkdiyi bildirilib. Ralf G. -nin “sərhəddəki sığınmaçıların əlində silah olsa, ən azı onlara atəş edərdik” və “İllkirchen qışlasında vətəndaş müharibəsində doğru tərəfdə döyüşmək üçün silah və sursat yığan savaş tərəfdarı bir qrup zabit var” dediyi açıqlanıb. Xəbərdə Ralf G.-in forma geyməsinin qadağan edildiyi və müvəqqəti olaraq vəzifədən  uzaqlaşdırıldığı bildirilib.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button