2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Almaniya 2016-cı ildə qaçqınlara 20 milyard avro xərcləyib

Almaniya hökuməti həm ölkəsində yaşayan miqrantların dəstəklənməsinə, həm də insanların öz vətənlərindən qaçqın düşmə səbəblərinin aradan qaldırılmasına milyardlarla avro ayırır.
Federal hökumət yerli idarəetmə strukturlarına 2016-cı ildə əlavə xərclər üçün 9.3 milyard avro verib. Bu barədə Rheinische Post mayın 24-də Nazirlər Kabinetinin müzakirəsinə təqdim olunacaq hesabata əsaslanaraq məlumat yayıb.
Bu vəsaitin 5.5 milyardı qaçqın statusu almaq üçün müraciət edənlərin ehtiyaclarını ödəməyə yönəlib. Daha 2 milyard isə inteqrasiya prosesini sürətləndirməyə, 400 milyon isə yeni düşərgələrin tikilməsinə və köhnələrin yaxşılaşdırılmasına yönəlib. 350 milyon avro isə yetkinlik yaşına çatmayan və valideynlərin müşayəti olmadan Almaniya ərazisinə gələn qaçqınlar üçün nəzərdə tutulub.

Miqrasiyanın səbəbləri ilə mübarizə üçün milyardlar

Saytların yığılması Saytlarin yigilmasi

Bundan savayı federal hökumət 11 milyard dollar avro vəsaiti insanların öz vətənlərindən qaçmasının səbəblərini aradan qaldıra biləcək, ən azı qaçqınların sayını azalda biləcək tədbirlərin reallaşdırılmasına ayırıb.
Qaçqın problemi ilə bağlı koordinator Peter Altmayer bildirib ki, Avropaya qaçqın axını tədricən azalır. Yunanıstandan Türkiyəyə gələn qaçqınların sayında da kəskin azalma var. Aralıq dənizi vasitəsilə Avropaya pənah gətirənlərin də sayı azalıb.

Xəyal

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button