2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Almaniya deyir ki, sərhədlərin müdafiəsi “qanunidir”

Bir neçə Aİ ölkələri Brüsseli qanunsuz miqrantların ittifaqa daxil olmasının qarşısını almaq üçün baryerlərin inşasının xərclərini ödəməyə çağırandan sonra Almaniyanın daxili işlər naziri bazar günü bildirib ki, səhədləri qorumaq “qanunidir.”

Bu çağırış bu ayın əvvəlində, Polşa Belarusla sərhədində miqrantarın axının qarşısını almaq üçün 350 milyon avroluq divarın inşasını təklif etdiyi zamana təsadüf edib.

Aİ Belarus rəsmilərini müxalifətə qarşı təqiblər səbəbilə tətbiq olunan sanksiyalara görə qisas almaq üçün miqrantları təyyarə ilə Yaxın Şərq və Afrikadan Minskə gətirib, oradan piyada ittifaqa göndərməkdə ittiham edir.

Saytların yığılması Saytlarin yigilmasi

Polşa ilə sərhəddə divara ehtiyacın olub-olmadığına dair suala cavab olaraq Almaniyanın daxili işlər naziri Horst Sihofer deyib ki, sərhədləri qorumaq hüquqidir.

Avropa İttifaqının Belarusla olan şərq sərhədini qanunsuz olaraq keçən insanların sayının artması böyük miqyasda miqrant axınına öyrəşməyən üzv ölkələr üzərində böyük təzyiq yaradıb.

Sihofer həmçinin deyib ki, Almaniya Polşa ilə sərhəddə nəzarəti artıracaq və səkkiz yüz güclü polis komandası artıq oraya göndərilib.

“Lazım olsa, mən bunu artırmağa hazıram,” o deyib.

Almaniyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bəri təxminən 5700 insan giriş icazəsi olmadan Almaniya ilə Polşa sərhədini keçib.

Sihofer ötən həftə polşalı həmkarı Mariusz Kaminskiyə yazaraq, artan miqrant sayına cavab olaraq Polşa ilə sərhəddə birgə patrulları artırmağı təklif edib.

Kaminski isə cavabında Polşanın bu cür tədbirlərə “tam dəstəyini” verəcəyini bildirib.

Ancaq Sihofer həmçinin ötən həftə deyib ki, Almaniyanın Polşa ilə sərhədləri bağlamaq planı yolxdur. O əlavə edib ki, bu cür addım “hüquqi baxımdan sual doğurar.”

Polşa, Litva və Yunanıstan kimi ölkələrin rəsmiləri bu ayın əvvəlində miqrasiyanı silahlaşdırmaq səylərinə qarşı mübarizə aparmaq məqsədilə Aİ sərhədlərində baryerlərin qurulmasını dəstəkləyib.

Brüssel hələ ki üzv ölkələr üçün sərhəd divarlarını maliyyələşdirməkdən çəkinir və hazırda qanunvericiliyin Aİ büdcəsindən “sərhədlərin idarəsi sistemi” üçün istifadə etməyə icazə verdiyini bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button