2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Almaniya futbolunun rəhbəri:”Cavid Hüseynov niyə belə tez azad edildi?”

Oyunöncəsi mətbuat konfransına qatılan Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan, daha sonra azadlığa çıxan
millimizin üzvü Cavid Hüseynov haqqında da açıqlama verib.

Saytların yığılması Saytlarin yigilmasi

Reynhard Qrindel

“Bir müddət əvvəl azərbaycanlı jurnalist Rasim Əliyev öldürüldü. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həbsdən tez çıxdı. Bunun səbəbini bilmirik. Rəhmətə gedən jurnalistin ailəsinə başsağlığı veririk. Buna görə çox üzgünük. Azərbaycan hökumətindən tələb etdik ki, Cavidin tez sərbəst buraxılmasının səbəbini izah etsin. Biz o futbolçunun belə hərəkət etdiyini bilmirdik. Bakıda bizə qarşı oynayandan sonra bu məsələ aydın oldu. Ona kimi hamı yazırdı ki, niyə Cavid oynayır? İnsanlara maraqlıydı ki, belə bir əməldə əli olmuş oyunçu niyə bu qədər tez azadlığa çıxa bilər? Kimin imkanı varsa, hər şey edə bilir. Biz qarşı tərəfdən açıqlama istəyirik. Almaniyada belə bir hal olanda, həmin oyunçunu futboldan birdəfəlik silirlər. Almaniyada bütün mətbuat mənə məktub yazdı. Mən Cavidin təqsirli olduğunu demirəm. Bunu deməyə haqqım da yoxdu. Ona 4 il həbs cəzası verilmişdi. Lakin heç nə olmadan həbs müddəti qısaldıldı. Niyə belə bəraət aldı? Niyə həbsini tam yatmadı? Bizə bunun cavabı lazımdı”, deyə o, qeyd edib.

 

(yenicag.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button