Now Reading:
Almaniya gettolarında nə baş verir? – Vüqar Dəmirbəyli

Almaniya gettolarında nə baş verir? – Vüqar Dəmirbəyli

“Kitab klubu” Vüqar Dəmirbəylinin “Almaniya haqqında hekayələr” kitabını çapdan buraxıb.

Kult.az xəbər verir ki, kitabdakı hekayələr əsasən əcnəbilərin, xüsusən də azərbaycanlıların Almaniyadakı həyatına həsr olunub.

İnsan hüquqları şüarı altında alman cəmiyyətində həyata keçirilən dini, irqi ayrı-seçkilik, əcnəbilərə qarşı göstərilən ictimai-psixoloji təzyiq, paralel cəmiyyətlərdə – gettolardakı acınacaqlı həyat bu hekayələrdə əks olunur.

Söz azadlığından dəm vuran, başqa ölkələrtdə demokratiyanın, mətbuat azadlığının olmamasından “şikayət edən” Almaniyanın öz qəzetlərində və başqa mətbuat orqanlarında daxili qeyri-rəsmi senzuranın həyata keçirilməsi, həqiqətdə baş verənlər haqqında informasiya və yazıların qarşısının alınması isə kitaba daxil edilmiş “Praktika” hekayəsinin əsas mövzusudur.

Kitab Almaniya haqqında həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması yolunda növbəti addımlardan biri ola bilər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.