2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Almaniya kəşfiyyatının əməkdaşı Moskvaya HIMARS barədə məlumat toplamağa cəhd edib

Ötən ilin dekabrda həbs edilən Almaniya Federal Kəşfiyyat və Əks Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin(FSB) göstərişlərini yerinə yetirməyə cəhd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, adı çəkilən kəşfiyyat əməkdaşı ötən ilin payızında Ukraynadakı Amerika istehsalı olan HIMARS və alman İris-T hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi barədə məlumat əldə etməyə çalışıb.

Nəşrdə qeyd edildiyi kimi, Rusiya tərəfi casusluqda şübhəli bilinən şəxsin xidmətlərinə görə yaxşı pul ödəyib. Baxış zamanı Almaniya kəşfiyyat əməkdaşının üzərində 6 rəqəmli avro məbləği olan zərflər aşkar edilib.

İstintaq zamanı məlum olub ki, FSB vasitəçi Artur E. (o da bu yaxınlarda həbs olunub) vasitəsilə Karsten L.-yə ABŞ və Almaniyadan Ukraynaya gətirilən bütün qurğuların GPS məlumatlarını mümkün qədər dəqiq öyrənməyi tapşırıb.

Məlumatlara görə, hələlik bu məlumatların Rusiya xüsusi xidmətinə ötürülməsi ehtimalı azdır.

O da qeyd olunur ki, həbs olunan hər iki şəxsə qarşı Almaniya baş prokurorunun rəhbərliyi altında vətənə xəyanət ittihamı ilə araşdırma aparılır.

BND əməkdaşı Qərb kəşfiyyat orqanlarından birinin mümkün məlumat sızması nəticəsində əldə etdiyi məlumat nəticəsində saxlanılıb. Həmkarları saxlanılan Karsten-in ifrat sağçı baxışları olduğunu bildiriblər.

Bu şübhələr BND-də müntəzəm təhlükəsizlik yoxlaması zamanı təsdiqlənsə Bavariyadan Berlinə dəvət edilən Karsten L.in vəzifəsi yüksəldilib, o, işçilərin yoxlanış şöbəsinin müdiri təyin edilib.

Carsten L. əvvəllər Almaniya kəşfiyyatının Bavariyadakı texniki analiz bölməsində rabitədə casusluq və alınan məlumatların təhlili ilə məşğul olub. Yerli mətbuatın məlumatına görə, o həbsindən bir-neçə ay əvvəl BND-nin Berlindəki mərkəzi ofisinə köçürülüb və daha sonra vəzifəsi böyüdülüb.

Onun şübhəli ortağı Artur E. ABŞ-dan geri qayıdarkən Münhen hava limanında saxlanılıb. Məlumatlarda bildirlir ki, Rusiya kökənli alman iş adamı yanvarın sonunda ABŞ-dan çıxarkən hava limanında nəzarət zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin şübhəsi altına düşüb.

İddiaya görə, o, Karsten L. ilə ailəsi ilə birlikdə yaşadığı Veylhaym şəhərində (Bavariya) əyləncə gecəsində tanış olub.

Artur E. ifadələrində Alman kəşfiyyatının əməkdaşından əldə etdiyi məxfi materialları ən azı iki dəfə FSB-yə təhvil verib. Almaniya xüsusi xidmət orqanlarının məlumatına görə, ötürülən məlumatların əvəzində Karsten L. Artur E.-dən pul alıb.

İş adamının iddia eddiasına görə, ona verilən bağlamaların içindən xəbəri olmayıb. “Der Spiegel”-ə görə, Artur E. həmçinin Carsten L.-yə mükafat zərfləri verib. BND hesab edir ki, Rusiya kəşfiyyat xidməti ikili agentin uzunmüddətli istifadəsini planlaşdırırımış.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button