2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Almaniya prezidenti Putinin ‘imperiya divanəliyindən’ danışdı

Almaniya prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 28-də alman xalqına proqram çıxşı ilə müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Almaniya dövlət başçısının iqamətgahı – Bellevyu sarayında etdiyi çıxışda Ştaynmayer Almaniya vətəndaşlarını sıx birləşməyə və ən çətin böhran zamanlarında çətinliklərə dözməyə qabil olduqlarını isbat etməyə çağırıb.

Almaniya prezidenti deyib ki, Rusiyanın Ukraynaya qarşı “qəddar qəsbkarlıq müharibəsi” Avropa təhlükəsizlik sisteminin arxitekturasını ayaqlar altına atıb.

Opponentləri tərəfindən illərlə Rusiya ilə əməkdaşlıq qurmağa çalışmaqda ittiham olunan Ştaynmayer bu dəfə Vladimir Putin haqqında düşündüklərini aydın ifadə edib:

“Rusiya prezidenti özünün imperiya divanəliyi ilə beynəlxalq hüququ pozub, sərhədləri sual altına alıb, ərazilərin qəsb olunmasına başlayıb”.

Almaniya prezidenti vurğulayıb ki, Rusiya Ukrayna üzərinə hücumu ilə bəşəriyyətin iki dünya müharibəsindən aldığı dərsləri heçə endirib.

Ştaynmayerin sözlərinə görə hazırda dünya özünün “qarşıdurmalar fazasındadır”. O əlavə edib ki, Almaniya üçün çox çətin dövr başlanır.

O bildirib ki, Putinin hüquq, zorakılıqdan çəkinmək və sərhədlərin toxunulmazlığı prinsipləri üzərinə hücumu – əslində almanların tərəfdar olduğu nə varsa onun əleyhinə hücumdur.

“Alçaq və insanlığa nifrətli hücumlar”

Ölkəsinin xüsusilə də keçmiş sosialist şərqində bəzi skeptiklərə müraciət edən Ştaynmayer deyib ki, Almaniya biganə qala bilməz və bütün ağır xərclərinə baxmayaraq Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar elan etmək məcburiyyətində idi.

Onun sözlərinə görə Almaniya bu qarşıdurmada üçüncü tərəf ola bilməz.

O əlavə edib ki, Almaniya diplomatik həll yollarının tapılması üçün bütün səylərini göstərir.

Lakin o bildirib ki, “şərlə qarşılaşanda yalnız xoş məram və iradə kifayət deyil”.

O qeyd edib ki, Rusiyanın son səkkiz aydakı “alçaq və insanlığa nifrətlə dolu hücumlarını” başqa cür izah etmək mümkün deyil.

Ştaynmayer deyib ki, sülh ərazilərin qurban verilməsi hesabına əldə oluna bilməz:

“Ukraynadakı bir çox adamların fikrincə onların Rusiya işğalçılarına qurban verilməsi şərin qələbəsi olardı”.

Rusiya ilə münasibətdə romantikaya yer qalmır

Ştaynmayer habelə Almaniyanın şərqində yaşayan və “Rusiya ilə bağlılıq hiss edən və rus ədəbiyyatı və musiqisini sevən” vətəndaşlara müraciət edib:

Bugün Rusiyaya baxanda romantikaya yer qalmır. Bizim ölkələrimiz bugün qarşıdurmadadır”.

24 saat” “
Almaniya prezidenti Putinin ‘imperiya divanəliyindən’ danışdı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button