2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Almaniya qoşunları Türkiyədən çıxarılacaq?

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, Almaniya Türkiyənin İncirlik bazasındakı 260 əsgərlik kontingentini bu ölkədən çıxaracaq.

O bu bəyanatı Ankarada türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə danışıqlardan sonra verib. Gabriel-in baş nazir Binali Yıldırımla görüşü baş tutmayıb, beləki əvvəlcədən planlaşdırılmasına baxmayaraq Yıldırım bu görüşdən imtina edib.

Saytların yığılması Saytlarin yigilmasi

Sigmar Gabriel Ankara təmaslarında Türkiyənin Almaniya parlamenti üzvlərinin İncirlik bazasına baş çəkməsi üçün icazəsini almağa çalışırdı.

Türkiyə Almaniya millət vəkillərinin İncirlik bazasına getməsinə razılıq vermir.

Ekspertlər buna bir neçə səbəb göstərirlər. Bəzi şərhlərə görə prezident Erdoğan Almaniyada onun tərəfdarlarının referendum mitinqləri keçirməsinə icazə verilməməsindən hələ də acıqlıdır. Başqa mülahizələrə görə Ankara Berlindən iyul çevrilişi şübhəlilərinin ekstradisiyasını tələb edib, amma Almaniya sığınacaq verdiyi Türkiyə vətəndaşlarını Ankaraya təslim etmək istəmir.

Gabriel mətbuat konfransında deyib ki, Çavuşoğlu alman deputatlara İncirlik bazasına gəlmək icazəsinin verilməməsini “daxili siyasətlə” izah edib.

Almaniyanın İkinci Dünya Müharibəsindən sonra qəbul edilmiş konstitusiyasına görə silahlı qüvvələr parlamentin tabeçiliyindədir.

Binali Yıldırım Gabriel-lə görüşün ləğv olunmasını “sıx iş cədvəli” ilə əlaqələndirib.

Gabriel deyib ki, Ankara danışıqlarından sonra Berlinin qoşunları Türkiyədən çıxarmaqdan başqa yolu qalmır.

İncirlik bazasındakı Almaniya kontingenti və döyüş təyyarələri ABŞ koalsiyasının İŞİD-ə qarşı mübarizəsində iştirak edir.

Bəzi məlumatlara görə İncirlikdəki alman hərbçilər İordaniyadakı hərbi bazalardan birinə keçiriləcək.

Gabriel deyib ki, Ankara və Berlin arasında fikir ayrığının çözüləcəyinə ümid edir.

Bununla belə Gabriel-in müavini, lakin Angela Merkelin siyasi partiyasının üzvü olan Michael Roth deyib ki, Almaniya və Türkiyə arasındakı fərqlər hələ bir müddət qalacaq.

O deyib ki, Türkiyə yaxın gələcəkdə strateji və hərbi partnyor kimi Almaniyanın yanında olmayacaq və Almaniyadan Türkiyəyə silahların verilməsi dərhal dayandırılmalıdır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button