2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Almaniya Türkiyəyə silah satışının böyük qismini dondurub

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Türkiyəyə silah ixracatının böyük hissəsinin dondurulduğunu açıqlayıb.

Reutersyazır ki, nazir Gabriel “(Silah ixracatına dair) Türkiyənin bizə göndərdiyi bütün böyük tələbləri qarşılamağı, ki bunların sayı az deyil, dondurduq”, deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters qərarın Türkiyədə pisləşməyə gedən insan hüquqlarının vəziyyəti və pozulan münasibətlər səbəbindən verildiyini yazıb.

Açıqlama, Almaniyanın iqtisadiyyat qəzeti Handelsblatt-ın bazar ertəsi günü keçirdiyi bir panel zamanı verilib.

Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Martin Schaefer daha erkən saatlarda keçirdiyi bir mətbuat konfransında ötən həftə sonu Türkiyədə bir alman cütlüyün həbs edildiyini düşündüklərini söyləyib.

Hakimiyyətdə koalisiyanın ortağı olan Sosial Demokratların (SPD) keçmiş lideri olan Sigmar Gabriel, əgər bir NATO üzvü tələb edərsə, Berlinin silah göndərməkdə borclu olduğunu xatırladıb, amma hazırda bunun mümkün olmadığını deyib.

Gabriel, silah ixracının, beynəlxalq müqavilələrlə qəbul edilməsi və ya silah əvəzinə avtomobil tələb edilməsi kimi müstəsna hallarda mümkün olacağını deyib.

Ankara və Berlin arasındakı münasibətlər xüsusilə 2016-cı ildə 15 İyul dövlət çevrilişi cəhdindən sonra gərginləşib.

Türkiyə, Almaniyanı çevrilişdə şübhəlilərə qucaq açmaqla günahlandırır, Almaniya isə Türkiyədəki ikili vətəndaşlığı olanların sərbəst buraxılmasını istəyir.

Ən son, hər iki ölkə qarşılıqlı olaraq vətəndaşlarına səyahət xəbərdarlığı etmişdi.

Bundan sonra isə Almaniyanın Baş naziri Angela Merkel türk vətəndaşlarına Almaniyaya gəlməyə çağırıb.

Merkel, “Burada heç bir jurnalist həbs olunmur. Jurnalistlər saxlanılmır. Burada ifadə azadlığı və qanunların aliliyi var. Bununla fəxr edirəm” deyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button