2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Almaniya Ukraynaya ağır tanklar göndərilməsinə qərar verdi

Almaniya hökuməti Kiyevin dəfələrlə səslənən çağırışlarına cavab olaraq nəhayət yanvarın 25-də Ukraynaya Leopard 2 tanklarının göndərilməsi, habelə cəbbəxanasında bu tanklardan olan partnyor ölkələrə onların təkrar ixracı üçün icazə verilməsi barədə qərar qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bəzi xəbərlərə görə ABŞ da Ukraynaya Abrams tanklarnın verilməsi barədə qərarın qəbuluna çox yaxındır.

Qərb müttəfiqlərinin siyasətində 180 dərəcə dəyişikliyi ehtiva edən bu qərardan məqsəd Ukraynada gedən müharibədə qüvvələr balansının Kiyevin xeyrinə dəyişdirilməsidir.

Ukrayna yanvarın 25-də öz qüvvələrini Donbasdakı Soledar şəhərindən tamanilə çıxardığını bəyan edib.

Almaniya hökumətinin bəyanatında deyilir ki, Almaniyanın öz cəbbəxanasından Ukraynaya Leopard 2 tanklarının iki batalyonu, başqa sözlərlə 14 tank göndəriləcək.

Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak Berlinin bu qərarını alqışlayaraq “ilk tank adımı atıldı” deyib.

O ümid etdiyini bildirib ki, bu addım Avropa İttifaqında Ukraynaya yardım edəcək “tank koalisiyasının” yaranmasına yol açacaq.

Bəyanatda deyilir ki, bu tankları işlətmək üçün Ukrayna hərbçilərinə təlim verilməsinə tezliklə başlanacaq və Berlin Ukraynaya bu tanklar üçün sursat və logistika dəstəyi də verəcək.

Kanlser Olaf Şolts bu qərarı Bundestaqda elan edib və bir sıra deputatların çox sərt suallarına cavab verməli olub.

Almaniyaya Ukraynaya bu tankların verilməsi üçün ən çox təzyiq göstərən Polşanın baş naziri Mateuş Moravetski Şoltsa bu qərar üçün təşəkkürünü bildirib.

O bu barədə Twitter-də yazıb:

“Təşəkkür kansler Olaf Şolts. Ukraynaya Leopard tanklarının göndərilməsi qərarı Rusiyanı dayandırmaq yolunda çox böyük addımdır”.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Berlinin qərarına acıqlı reaksiya verib və deyib ki, bu, “olduqca təhlükəli addımdır”:

“Bu son dərəcə təhlükəli qərar münaqişəni qarşıdurmanın yeni mərhələsinə qaldırır və Almaniya siyasətçilərinin Almaniyanın bu məsələyə müdaxilə etmək istəmədiyinə dair bəyanatlarına ziddir. Almaniya da, özünün yaxın müttəfiqləri kimi Ukraynadakı böhranın diplomatik yollarla həllində maraqlı deyil və daimi eskalasiyaya və Kiyevin hüdudsuz şəkildə daha ölümcül silahlarla təchizatına meyllidir”.

Moskvada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, tankların göndərilməsi də daxil Qərbin siyasi qərarları Avropada, habelə bütün dünyada “çox gərgin” təhlükəszilik problemi yaradır.

Bu arada ABŞ mediasının xəbərlərində deyilir ki, prezident Co Bayden (Joe Biden) Ukraynaya Abrams tanklarının göndərilməsi barədə qərarı elə bugün, yanvarın 25-də elan edə bilər.

Bu tankların Ukraynaya nə zaman çatdırılacağına dair dəqiq məlumatlar yoxdur.

ABŞ rəsmiləri bundan əvvəl Abrams tanklarının müharibənin bu mərhələsi üçün münasib olmadığını, Abrams tanklarına xidmətin və hərbçilərə veriləcək təlimin çox məsrəfli olduğunu deyirdilər.

Lakin Avropada təzyiq altında olan Almaniya kansleri Olaf Şolts deyirdi ki, Ukraynaya Leopard 2 tanklarının göndərilməsinə yalnız ABŞ öz tanklarını göndərərsə qərar verilə bilər.

Britaniya artıq Ukraynaya öz istehsalı olan Challenger 2 tanklarını göndərəcəyini bildirib.

24 saat” “
Almaniya Ukraynaya ağır tanklar göndərilməsinə qərar verdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button