Loading...
Loading...
ÖLKƏGündəm

Almaniya Ukraynaya dəstək olaraq səhra xəstəxanaları göndərəcək

Almaniya Ukraynaya dəstək olaraq səhra xəstəxanası göndərmək qərarına gəlib.

Bunu yanvarın 22-də Almaniyanın müdafiə naziri Kristin Lambrext açıqlayıb. O, hazırda Berlin Ukraynaya hərbi yardım göstərməyə hazır deyil.

“Welt am Sontag” qəzetinə müsahibəsində Kristin Lambrext xəstəxananın fevralda Ukraynaya çatacağını bildirib.

Eyni zamanda, ukraynalı tibb kadrları üçün təlim bazası yaradılacaq. “Euronews” xəbər verir ki, bu cür yardım Almaniyaya 5 milyon avrodan çox vəsaitə başa gələcək.

Almaniyanın artıq Ukraynaya tənəffüs aparatları tədarük etdiyini bildirən nazir deyib əlavə edib ki, Ukraynanın şərqindəki döyüşlərdə ağır yaralanan ukraynalı əsgərlər Almaniya xəstəxanalarında müalicə olunurlar.

“Biz Kiyevlə çiyin-çiyinə dayanırıq. İndi bizim vəzifəmiz hazırkı böhranın şiddətini azaltmaq üçün mümkün olan hər şeyi etməkdir.

Müdafiə naziri vurğulayıb ki, indiki vaxtda onun qiymətləndirməsində silah tədarükü RusiyaUkrayna arasında qarşıdurmanı yüngülləşdirilməsinə yardım etməyəcək.

Lambrext bildirib ki, bu şəkildə formalaşdırılan mövqe kansler, sosial demokrat Olaf Şolzun başçılıq etdiyi federal hökumətin bütün üzvlərinin tam dəstəyinə malikdir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button