Loading...
Loading...
Xəbərlər

Almaniya Ukraynaya 'Gepard' göndərilməsinə mane olan problemi həll edib

Almaniya “Gepard” özüyeriyən zenit-artilleriya qurğuları (hava hücumundan müdafiə) üçün sursatların tədarükü ilə bağlı problemi həll edib və artıq bu silah sursatlar Ukraynaya maneəsiz çatdırıla bilər.

Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb. Almaniya hökuməti hələ yazda silahların tədürükünə söz versə də həmin qurğular üçün sursat çatışmazlığı bu işə mane olub. Almaniyada cəmi 60 min 35 mm-lik mərmi olub ki, bu da açıq şəkildə kifayət deyildi.

Belə sursatları istehsal edən İsveçrə üçüncü ölkələr tərəfindən onların Ukraynaya ötürülməsinə qarşıdır. Məlumatda vurğulanır ki, tədarükçü Norveçdə tapıldığından iyulda Ukraynaya təxminən 30 ədəd Gepard özüyeriyən zenit-artilleriya qurğusu çatdırıla bilər.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Rusiyanın ali müftisi bayram çıxışında ölkəsinin Ukraynaya təcavüzünü dəstəkləyib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button