SEÇMƏ

Almaniya Ukraynaya “Leopard 2” tankları verə bilər

Yayımlandı: 23 Yanvar 2023 16:18

Annalena Burbok Polşanın bu qərara etiraz etməyəcəyini deyib

“Almaniya Ukraynaya icazəsiz “Leopard 2” tankları tədarük etmək qərarına gəlsə, Polşaya mane olmayacaq”.

Bunu Fransanın “LCI” telekanalına müsahibəsində Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.

Yanvarın 20-də NATO-nun müdafiə nazirləri Ukraynaya dəstək üzrə təmas qrupunun “Ramşteyn” aviabazasında keçirilən iclasında Kiyevə alman “Leopard 2” tanklarının tədarükü ilə bağlı razılığa gələ bilməmişdi.

Bildirilir ki, Ukrayna əsas hərbi tankları ilk növbədə Polşa və Böyük Britaniyadan ala bilər.

Polşa Prezidenti Ancey Duda yanvarın 11-də deyib ki, Varşava Ukraynaya 15-ə yaxın “Leopard 2” tankı verməyə hazırlaşır, hərçənd bu qərarı həmin tankları istehsal edən Almaniya ilə razılaşdırmaq lazımdır. Lakin yanvarın 19-u Polşanın Baş naziri Mateuş Moraveski bəyan edib ki, Varşava Ukraynaya “Leopard” tanklarının verilməsi üçün Almaniyanın razılığını gözləməyəcək.

“Ya bu razılığı tez bir zamanda alacağıq, ya da öz bildiyimiz kimi hərəkət edəcəyik”, – o deyib.

Polşanın Baş naziri Mateusz Moraviecki isə deyib ki, Almaniyanın razılığı olmadan Varşava öz müasir tanklarının bir hissəsini hədiyyə etmək istəyən ölkələrdən ibarət “kiçik koalisiya” yaratmağa hazırdır.

Polşanın Prezidenti Anjey Duda qeyd edib ki, ölkəsi Ukraynaya hərbi dəstək verməkdə, o cümlədən çox ehtiyac duyulan tankların göndərilməsində aparıcı rol oynamağa davam edəcək:

“Biz Ukraynaya “Leopard” tanklarımızı təhvil verəcəyik, eyni zamanda, əlbəttə ki, ordumuzu modernləşdiririk və öz təhlükəsizliyimizin qayğısına qalırıq. Çünki başa düşürük ki, bu, Polşa hakimiyyəti olaraq bizim borcumuzdur”.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Gözdən qaçırmayın:  Tofiq Yaqublu: “İlham Əliyev prezident yox, mafiya başçısıdır”

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button