2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Almaniya Ukraynaya tank göndərilməsinə icazə verir? – Qərb mediası

Almaniya bildirib ki, Ukraynyaya Leopard 2 tankları göndərəcək və bu məsələdə Polşa kimi ölkələrin Kiyevə dəstək verməsinə mane olmayacaq. Habelə Birləşmiş Ştatların da Ukraynaya Abrams tankları göndərəcyi xəbər verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu məsələ ilə tanış iki mənbəyə istinadla Reuters agentliyi yazır.

Reuters yazır ki, bu xəbərlər yanvarın 24-də Berlindən və Vaşinqtondan rəsmən təsdiqlənməsə də, qərar Ukrayna rəsmiləri arasında sevinclə qarşılanıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyasının rəhbəri Andrey Yermak Telegram platformasında yazıb:

“Bizim tank ekipajlarımız – dünyanın ən yaxşı tankçıları üçün bir neçə yüz tank! Bax bu, demokratiyanın avtokratiyanın üzünə vurduğu real yumruqdur”.

Azı bir rota Leopard 2 A6

Ukrayna son aylarda Qərb müttəfiqlərini Rusiya ilə müharibədə üstünlük qazanmaq üçün ona tanklar verilməsinə çağırırdı.

Reuters yazır ki, Almaniyanın Der Spiegel jurnalının məlumatına görə Berlin Ukraynaya azı bir rota Leopard 2 A6 tankları göndərməyə hazırlaşır. Bir rotaya adətən 14 tank daxildir.

Der Spiegel hakim koalisiyaya daxil Azad Demokratlar partiyasının parlamentdəki rəhbəri Kristian Duerə istinadən yazır ki, “kansler buğun hamı üçün heç də asan olmayan qərar qəbul edib”.

Ukraynaya ağır tankların verilib-verilməməsi məsələsi son günlərdə Kiyevin Qərb müttəfiqləri arasında ən qızğın müzakirə olunan məsələ idi.

Berlinin qərarı həllidicidir

Bu məsələdə Berlinin qərarı həlledici faktor idi, çünki bir çox Avropa ölkələrinin cəbbəxanalarında olan Leopard tanklarının istehsalçısı kimi bu texnikanın Ukraynaya göndərməsinə icazəni o verməliydi.

Almaniya kansleri Olaf Şolts və onun Sosial Demokrat partiyası tankların Kiyevə verilməsi ilə müharibənin daha da eskalasiya edəcəyindən narahat idilər.

Yanvarın 24-də habelə Polşa özünün Leopard tanklarının Ukraynaya verilməsi üçün Şoltsa rəsmən müraciət edildiyini bildirmiş və beləliklə, Berlinin üzərinə təzyiqləri artırmışdı.

ABŞ-ın iki vəzifəli rəsmisi Reuters agentliyinə deyiblər ki, Vaşinqton Ukraynaya M1 Abrams tanklarlnın verilməsinə qadağanı qaldıra bilər.

Abrams tankları Ukraynanın relyefi üçün Leopard 2 tanklarından daha az münasib olsa da, görünür Vaşinqton bu addımı siyasi məqsədlərlə atıb.

Çünki bundan əvvəl Olaf Şolts bildirirdi ki, Berlin Ukraynaya ağır tankların verilməsi əleyhinə deyil, amma belə bir addımın atılması üçün ABŞ-ın da Kiyevə öz tanklarından göndərməsi arzuolunan hadisə olardı.

24 saat” “
Almaniya Ukraynaya tank göndərilməsinə icazə verir? – Qərb mediası
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button