2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Almaniyada çevrilişə cəhddə şübhəli bilinən 25 nəfər saxlanılıb

Yayımlandı: 7 Dekabr 2022 14:29

Onların respublikanı devirmək, yeni dövlət qurmaq istədikləri iddia olunur

Almaniyada hökuməti devirməyə cəhddə şübhəli bilinən 25 nəfərin saxlanıldığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

BBC yazır ki, sağçı və keçmiş hərbçilərdən ibarət qrup parlament binasına – “Reichstag”a hücum edib, hakimiyyəti ələ keçirməyi planlaşdırıblar.

Şahzadə olaraq anılan 71 yaşındakı XIII Heinrich adlı bir almanın bütün bu planların mərkəzində yer aldığı iddia edilir.

Federal prokurluğun məlumatına görə, o, Almaniyanın 11 əyalətində həbs olunanlar arasında çevrilişin rəhbəri olduğunu deyən iki nəfərdən biridir.

Təxminən 50 kişi və qadının respublikanı devirmək və onun yerinə 1871-ci il Almaniyasının nümunəsi olan yeni bir dövlət qurmaq istədikləri bildirilir.

“Bizim bu qrup üçün hələ bir adımız yoxdur”, – federal prokurorluğun sözçüsü belə deyib.

Almaniyanın DPA agentliyi xəbər verir ki, ölkənin böyük bir hissəsində reydlər keçirilib, Avstriya və İtaliyada iki nəfər həbs edilib.

Saxlanılanların günün sonunda dindirilməlidir.

Ədliyyə naziri Marco Buschmann “Twitter” hesabında böyük bir antiterror əməliyyatının keçirildiyini və şübhəlilərin “konstitusiya orqanlarına silahlı hücumun planlaşdırıldığını” söyləyib.

Federal prokuror bildirib ki, qrup 2021-ci ilin noyabrından zorakı çevriliş planlaşdırır.

Keçmiş hərbçilərin də çevriliş planının əhəmiyyətli bir hissəsi olduğu bildirilir.

Onların arasında xüsusi təyinatlıların keçmiş elit əsgərləri də var.

Onlar planlarını zorakılıq, sui-qəsdlə həyata keçirməyi düşünüblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button