2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Almaniyada deportasiya edilən mühacirlərin həbsinə etiraz

Yayımlandı: 4 Avqust 2022 17:53

Bir qrup mühacir Bonn şəhərində aksiya keçirib

Avqustun 4-də Almaniyanın Bonn şəhərində Xarici İşlər Nazirliyinin və Bundes Kançlerin ofsinin qarşısında Azərbaycana deportasiya olunduqdan sonra həbs edilənlərlə bağlı aksiya keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiyanın təşkilatçısı Demokratik Azərbaycanı Seç (DAS) təşkilatıdır.

Akskya iştirakçıları Almaniyadan deportasiya edilərək Azərbaycanda həbs edilmiş Ziya İbrahimov və digər mühacir məhbuslara azad edilmələrini tələb ediblər.

Ziya İbrahimovun 6-cı siyasi mühacir olduğunu vurğulayan DAS Təşkilatı sədrinin müavini Məmməd Qarayev bildirib ki, ondan əvvəl eyni aqibəti yaşamış Pünhan Kərimli, Cəfər Mirzəyev, Mütəllim Orucov, Malik Rzayev və Samir Aşurov da saxta ittihamlarla həbs ediliblər:

“Hətta Pünhan Kərimli barəsində məhkəmə 6 il azadlıqdan məhrum etmə qərarını qəbul edib. Bununla yanaşı 2022-ci ilin iyul ayının 28-də Almaniyadan deportasiya edilən Emin Məlikov, o cümlədən Anar Əliyev də həbs olunublar”.

“Barələrində cinayət işi açılaraq Azərbaycanda həbs edilən 8 nəfərdən 7-nin siyasi sığınacaq istəyinə Almaniya Miqrasiya İdarəsi və İnzibati Məhkəmələri (Verwaltungs Gericht) rədd cavabı verib. Səbəb kimi də onları öz ölkələrində həbs təhlükəsi gözləmədiyini göstərib”,-deyə Qarayev əlavə edib.

Həmçinin qeyd olunub ki, həbs olunan mühacirlərin siyasi aktivliyi, sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqda statusları, rəyləri, paylaşdığı plakat və fotoşəkilləri, insan hüquqları pozuntularına qarşı keçirilən mitinqlərdə və kütləvi aksiyalarda etdikləri çıxışları var:

“Həmin şəxslərin də yer aldığı videogörüntülər onu deməyə tam və ciddi şəkildə əsas verir ki, onlar siyasi baxışlarına görə həbs ediliblər”.

Foto: Meydan TV

Təşkilatın fəalı Elçin Qasımov xatırladıb ki, 4 il Almaniyada yaşayan Ziya İbrahimova BAMF və “Trier Verwaltungs Gericht” rədd cavabı verib:

“Mayın 19-da Azərbaycana deportasiya edilən Ziya İbrahimov Bakı hava limanında saxlanılaraq 30 sutka inzibati cəza alıb. Onun hansı şəraitdə dindirilməsi, vəkillə təmin edilib-edilməməsi barəsində heç bir məlumat verilmir. Ailə üzvləri təzyiq altında olduğundan hüquq müdafiəçilər, jurnalistlər və ictimai maraqları müdafiə edən şəxslərlə görüşməkdən çəkinirlər”.
Etirazçı deyib ki, iyulun 22-də Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun qərarı ilə Ziya İbrahimov barəsində 2 ay 26 gün həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 306-cı madəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) cinayət işi açılıb.

Təşkilatın digər üzvü Aynur Rzayeva isə siyasi fəalların deportasiyasının beynəlxalq hüquq normalarına zidd olduğunu deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button