2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Almaniyada deputat “Azərbaycana görə” istefa verdi

O, Azərbaycan və digər ölkələrdən reklam üçün pul aldığını etiraf edib

Sağ-mərkəzçi Xristian Demokratik Birliyinin üzvü Mark Hauptmann xaricdən pul aldığını inkar etsə də, Azərbaycan və digər ölkələrin ona qəzetində reklam üçün pul verdiyini etiraf edib.

Bu barədə “Associated Press” məlumat yayıb. (Tərcümə: Azadlıq Radiosu)

Saytların yığılması Saytlarin yigilmasi

Deputat Azərbaycan üçün lobbiçilik iddialarından dolayı Angela Merkelin partiyasından istefa verdiyini açıqlayıb.

“The Spiegel”in yazdığına görə, 36 yaşlı deputat əvvəllər avtoritar və neftlə zəngin ölkənin xeyrinə danışıb.

Bildirilir ki, Hauptmannın istefasına isə “Spiegel”in məqaləsi səbəb olub.

Dərgi onun nəşr etdiyi “Südthüringer Kurier” adlı yerli qəzetdə Azərbaycan, Tayvan və Vyetnama aid turizm reklamları yerləşdirməsi haqda yazıb.

Hauptmann isə “Welt”ə deyib ki, onun siyasi qərarlarına heç vaxt təsir göstərilməyib və üzləşdiyi tənqidə görə istefa verir.

“Ailəmi qorumaq istəyirəm”, – o, belə deyib.

“Human Rights Watch” insan haqları təşkilatının təmsilçiləri hələ 2015-ci ildə yazırdılar ki, Mark Hauptmann daxil olmaqla Almaniyanın bəzi millət vəkilləri Azərbaycan hökumətini dəstəkləməyə çağırıblar.

Merkelin blokundan son günlər daha iki nəfər istefa verib. Onların pandemiyanın əvvəlində maska tədarükü üzrə sazişlərdən qazanc götürməsi iddiaları yayılıb.

Rəy sorğuları Xristian Demokratik Birliyi və yalnız Bavariyanı əhatələyən Xristian Sosial Birliyindən ibarət bloka dəstəyin azaldığını göstərir, amma yenə də bu blok Almaniyada ən populyar siyasi qüvvə hesab olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button