Bizim tərcüməDünya

Almaniyada hamı bu haqda danışır: Balaca qızı illərlə evdə qapalı saxladılar!

Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Attendorn şəhərində 8 yaşlı qız uşağının doğulduğu gündən anası, nənəsi və babası tərəfindən qapalı yerdə saxlandığı iddiası ilə istintaqa cəlb edildiyi bildirilir.

Alman Xəbər Agentliyinin (DPA) xəbərinə görə, ailə kiçik qızcığazın anası ilə birlikdə İtaliyaya köçdüyünü, ancaq 7 ildən sonra kiçik qızın və anasının İtaliyada heç vaxt yaşamadığı anlaşılınca, uşağın heç vaxt evdən çıxarılmadığı müəyyən edilib.

Qeyd olunub ki, gənclər agentliyinin əməkdaşları polislə birlikdə evdə axtarış apardıqdan sonra uşaq evdə olub və ata hadisəni ictimaiyyətə açıqlayıb.

Səlahiyyətlilər uşaqda fiziki zorakılıq və ya cinsi zorakılıq əlamətlərinin olmadığını, uşağın danışdığını, oxuyub yaza bildiyini paylaşıb. Lakin uşağın dayaq-hərəkət sistemində problem olduğu, pilləkənləri qalxmasında problem olduğu bildirilib.

Uşağın ailəsi məsələyə münasibət bildirməkdən yayınsa da, uşağa müvəqqəti himayədar ailə verildiyi və psixoloji dəstək göstərildiyi bildirilib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Rusiya Xersondan məktəb dərsliklərini də aparır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button