Bizim tərcümə

Almaniyada ilk maye qaz terminalı açıldı

2022-12-18 16:20:05

Almaniya kansleri Olaf Şolz (SPD) Almaniyanın Aşağı Saksoniya əyaləti sərhədləri daxilində Wilhelmshaven şəhərində inşa edilən üzən terminalın təxminən 10 ay kimi rekord müddətdə açılışını edərkən, Almaniyanın həm sürətli, həm də yaradıcı olduğunu vurğuladı.

Federal İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck (Yaşıllar), Federal Maliyyə Naziri Kristian Lindner (FDP) və Aşağı Saksoniya əyalətinin kansleri Stephan Weilin (SPD) iştirak etdiyi açılışda Scholz, “Bu, Almaniyanın yeni tempidir. 2023-cü ilin sonuna kimi biz 30 milyard kubmetr qaz idxal edəcəyik. Şimal dənizi sahilindəki bu üzən terminallar sayəsində enerji qıtlığı olmayacaq. “Hoeg Esperenza” adlı 300 metr uzunluğundakı “üzən terminal” çənlərə gətiriləcək maye qazı istifadəyə yararlı təbii qaza çevirəcək”.

Gələn ilin sonunadək Aşağı Saksoniyanın Stade və Vilhelmsfaven sahil şəhərlərində, Şlezviq Holşteyndəki Brunsbüttel və Meklenburq-Ön Pomeraniyadakı Lubmin şəhərlərində 4 yeni terminalın fəaliyyətə başlayacağı açıqlanıb.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button