Loading...
Loading...
Cəmiyyət

Almaniyada kimyəvi zavodda partlayış olub-itkin düşənlər var

Almaniyanın qərbində yerləşən Leverkuzen şəhərindəki kimyəvi zavodda partlayış olub.

Reütersin iyulun 27-də yaydığı məlumata görə, partlayış ordakı kimya parkının zibilliyində, tullantıların yandırıldığı yerdə baş verib.

Rəsmilər yerli sakinlərə evdə qalmağı, qapı-pəncərələri bağlamağı tövsiyyə edib.

Reüters yazır ki, partlayışın baş verdiyi həmin kimyəvi parkda , Bayer və Lanxess şirkətləri də daxil olmaqla, 30dan çox  kimyəvi müəssisə yerləşir. Bayer Avropanın ən böyük kimyəvi sənaye müəssisələrindən biri sayılır.

İlkin məlumatlarda 5 nəfərin itkin düşdüyü, bir neçə nəfərinsə xəsarət aldığı bildirilir.

Polis ərazidəki bir neçə avtomobil yolununun bağlandığını bildirir.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, evlərin pəncərələri zərbədən sınıb.

24 saat” “Almaniyada kimyəvi zavodda partlayış olub-itkin düşənlər var” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button