Loading...
Loading...
Dünya

Almaniyada PKK əməliyyatı

Almaniyanın Köln şəhərində PKK ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

Axar.az xəbər verir ki, 200-dən artıq polisin qatıldığı əməliyyat zamanı bir nəfər saxlanılıb.

Axtarış zamanı şübhəlinin yaşadığı evdən odlu silah və narkotik maddə aşkar olunub.

Xatırladaq ki, aprelin 10-da PKK üzvləri avtomobilində boz qurd nişanı olduğuna görə adı açıqlanmayan bir vətəndaşa çoxsaylı bədən xəsarəti yetiriblər.

Hadisədən sonra araşdırmaya başlayan alman polisi cinayəti törətmiş 30-dan çox şəxsin kimliyini təsbit edərək Kölndə 16, Düsseldorfda 5, Essendə 4, Vuppertalda 3, Dortmund, Duysburq və Hannoverdə bir adresdə axtarış keçirib.

Gözdən qaçırmayın:  CanlıUkraynaya hücumun 7-ci günü. Kiyevə raket zərbələri endirilir
Back to top button