Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Sargın dekabrın 14-də Hannover MHH Xəstəxanasının Təcili Xidmətində dünyasını dəyişib. Məlum olub ki, İslam üsulları ilə yuyulub kəfənlənmək üçün görülən hazırlıqlar zamanı Sərginin cənazəsi alman cənazəsinə qarışdırılıb.
MHH Ədli Tibb Xidməti ilə əlaqə saxlayaraq cəsədin yandırıldığını öyrənən Sərginin ailəsi kədərlənib. Baş verənlərlə bağlı ailənin hüquqi prosesə başlayacağı bildirilib.
Türkiyənin Hannover Baş Konsulluğunun mərhumun Türkiyədəki qohumları və Almaniyadakı uşaqları ilə yaxından əlaqə saxladığı və lazımi dəstəyin göstərildiyi öyrənilib. (AA)
Tərcümə“24 SAAT”