2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Almaniyadan 43 mühacir qaytarılıb

43 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəsinə geri qəbul edilib. Bu barədə bu gün, noyabrın 26-da Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində gerçəkləşib: “Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya (koronavirusla bağlı) ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edilib ki, fəaliyyətini Dövlət Miqrasiya Xidmətinin əlaqələndirdiyi Reinteqrasiya üzrə İşçi Qrup readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həllini həyata keçirir.

Son illər Almaniyadan Azərbaycana yüzlərlə mühacirin qaytarıldığı açıqlanıb. 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” Saziş imzalanıb. Azərbaycan hökuməti readmissiya olunan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir. Amma son vaxtlar bu qaydada Azərbaycana qaytarılan mühacirlərdən Röya Rəfili yerləşdirilmədə üzləşdiyi çətinliklərlə bağlı dəfələrlə sosial şəbəkələrdə şikayətini ifadə edib.

Üstəlik, Almaniyadan qaytarılanlardan iki nəfər fəal narkotik ittihamı ilə həbs edilib. Onlardan biri müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucov, digəri isə Malik Rzayevdir. Onların yaxınları ikisinin də saxlandıqdan sonra işgəncəyə məruz qaldıqlarını bildirdiklərini açıqlayıblar. Amma rəsmi qurumlar bu şikayəti təsdiq etməyiblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button