2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Almaniyadan deportasiya edilmiş Cəfər Mirzəyev saxlanılıb

Bakı/28.11.22 Ötən il noyabrın 24-də Almaniyadan readmissiya ilə qayıdan Cəfər Mirzəyev dünən Bakıda polis tərəfindən saxlanılıb. Bu barədə Turan-a onun qardaşı Vüsal Mirzəyev bildirib. Onun sözlərinə görə, Cəfər Ramana qəsəbəsindəki mağazada mülki şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

Doğmaları yalnız bu gün aydınlaşdıra biliblər ki, o, Sabunçu Rayon Polis İdarəsində saxlanılır.

“Biz oraya getdik, ancaq müstəntiq ilə əlaqə yaradıb saxlanmanın səbəblərini öyrənə bilmədik”, – saxlanılan şəxsin qardaşı Turan-a bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Cəfər Almaniyaya 7,5 il öncə qazanc üçün gedib. Siyasi fəaliyyətlə məşğul olmayıb və sosial şəbəkələrdə fəal olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Almaniyadan deportasiya olunmuş fəallar Malik Rzayev və Mütəllim Orucov 2021-ci ilin oktyabrında narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs ediliblər.—021Â03/06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button