2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Almaniyadan İrana gedən azərbaycanlı tələbədən xəbər yoxdur

Yayımlandı: 9 Mart 2023 14:00

Azərbaycan XİN məsələni araşdırdığını deyir

Almaniyanın Jena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Meydan TV-yə danışan anası Dilarə Əsgərova bildirib ki, o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Dilarə Əsgərova deyir ki, martın 4-dən oğlunun telefonu qapalıdır:

Bir ara sanki açıldı, amma zəng edəndə qapalı idi. Bir sözlə, nigaranıq və hər dəqiqə mənə bir il kimi gəlməyə başlayır. Oğlumun başına nə gəldiyindən xəbərsizəm və bu, məni çox narahat edir. Bəlkə də, şübhəli bilinib, İranda saxlanılıb, bilmirəm”.

Ana oğlu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib.

Dediyinə görə, elektron poçt ünvanlarına oğlunun itməsi ilə bağlı yazıb və kömək istəyib. Hələlik ona hər hansı cavab verilməyib.

Ayxan Hacızadə. Foto: “azertag.az”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Meydan TV-yə deyib ki, nazirlik İrana gedən tələbə ilə bağlı məsələni araşdırır:

Bu barədə bizə müraciət edilib, sorğu göndərilib. Məsələni hazırda araşdırırıq“.

Meydan TV İrandakı Azərbaycan səfirliyinin çalışmaması səbəbindən Təbrizdəki Azərbaycan Konsulluğu ilə əlaqə saxlamağa çalışıb, lakin cavab verən olmayıb.

Bu il yanvarın 29-da Azərbaycan İrandakı səfirliyində çalışanları ölkəyə təxliyə edib. Beləliklə, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Tehrandakı Azərbaycan səfirliyi diplomatik fəaliyyətini tam dayandırsa da, bu, Təbrizdəki Baş konsulluğun fəaliyyətinə şamil olunmayıb.

Həmin vaxt XİN məlumat yayaraq ölkə vətəndaşlarına İrana səyahət xəbərdarlığı etmişdi.

Bildirmişdi ki, İranda qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı “terror aktı” nəzərə alınmaqla, zəruri olmadığı təqdirdə bu ölkəyə getməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button