2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Almaniyadan readmissiya ilə qayıdan fəalı ev dustaqlığına buraxmayıblar

Bakı/15.02.22 Bazar ertəsi Bakının Nərimanov Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Pünhan Kərimlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Bu barədə Turan-a onun doğmaları bildiriblər.

Ötən ilin noyabrında Almaniyadan readmissiya üzrə qayıdan Kərimli yanvarın 25-də saxlanılıb və narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.

O, yanvarın 25-də Vergilər Departamentinin binasından çıxarkən metronun “Nərimanov” stansiyasının yaxınlığında saxlanılıb. Ə.Kərimli həm saxlanma zamanı, həm də polisdə döyülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Doğmalarının sözlərinə görə, fəalı etirafedici ifadəni imzalamadığı təqdirdə işgəncələrlə hədələyiblər.

Məhkəmədə Kərimli bildirib ki, onu siyasi motivlərlə, Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq Almaniyada  keçirilən aksiyalarda iştiraka görə təqib edirlər.

İstintaq bildirir ki, Kərimlidə 7,5 qram heroin və 2,5 qram metamfetamin tapılıb. Fəal narkotik maddələrin onun üzərinə qoyulduğunu deyib. 32 yaşlı Kərimli 10 ildir ki, peşəkar idmanla məşğul olur və zərərli vərdişləri yoxdur.

Müdafiə tərəfi ev dustaqlığına keçirilməkdən imtina ilə bağlı apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Almaniyadan göndərilmiş daha bir fəal Cəfər Mirzəyev  yanvarın 27-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb.

Bundan əlavə, Almaniyadan qayıdan daha iki fəal – Mütəllim Orucov və Malik Rzayev də ötən ilin payızında həbs edilib. – 06B-

 

24 saat” “Almaniyadan readmissiya ilə qayıdan fəalı ev dustaqlığına buraxmayıblar” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button