Now Reading:
Almaniyalı antimüsəlman İslamı qəbul etdi

Almaniyada antimüsəlman ritorikası ilə tanınan ifrat sağçı Almaniya üçün Alternativ partiyasının (Alternative für Deutschland – AfD) üzvü İslamı qəbul edib.

Arthur Wagner bu yaxınlara kimi Brandenburg əyaləti üzrə partiyanın icraçı komitəsinin üzvü idi.

O, bildirir ki, vəzifəsindən ayrılmasına səbəb son qərarı ilə bağlı olmayan “şəxsi məsələ”dir.

Hazırda 48 yaşlı siyasətçi mənsub olduğu partiyanın sadəcə sıravi üzvüdür.

AfD öz rəsmi saytında İslamın “Almaniyaya aid olmadığını” vurğulayır.

AfD tərəfdarları İslam əleyhinə vaxtaşırı keçirdiyi aksiyaları ilə tanınır. O, son seçkilərdə öz mesajını çatdırmaq üçün təbliğatında niqablı qadın posterlərindən istifadə etmişdi.

Lakin partiyanın sözçüsü deyib ki, cənab Wagner-in İslam dininə keçməsi “problem deyil”.

“Din şəxsi məsələdir. Biz dini etiqad haqqında konstitusiya hüquqlarını dəstəkləyirik”, yerli mətbuat Daniel Friese-in sözlərini iqtibas edir.

Rusiya mənşəli cənab Wagner daha əvvəl kansler Angela Merkel-in Xristian Demokrat İttifaqı (CDU) partiyasının üzvü olub.

Arthur Wagner-in sözlərinə görə o, vaxtilə Angela Merkel-in pərəstişkarı olub. Lakin immiqrantların üzünə sərhədləri açmaq barədə qərardan sonra kansler haqqında “tamamilə səhv fikirdə olduğunu” düşünüb.

O, miqrasiya siyasətinin Almaniyanı “başqa bir ölkəyə çevirdiyini” deyir.

Arthur Wagner daha əvvəl mənsub olduğu partiya daxilindəki “Christians in the AfD” (AfD-də xristianlar) qrupunun üzvü olub.

Ötən ilin sentyabr ayında keçirilən ümummilli seçkilərdə AfD ilk parlament mandatlarını qazanıb. O, səslərin 12.6 faizini toplamağa müvəffəq olaraq parlamentdə yerlərin sayına görə üçüncü partiyadır. (BBC azeri)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.