Almaniyanın Merkeli,Azərbaycanın Əliyevi

Rafiq Manaflı

Angela Merkel “Siz sadəcə sağlamlığınızı düşünün. Dövlətiniz sonuna qədər sizin yanınızdadır” deyib. Bir daha altından xətt çəkirəm, “dövlətiniz” deyib. Xalq dövlətinə sahib olanda başqa cür ola da bilməz.
Merkel 15 ildir Almaniyanın Baş Naziridir. Bu müddətdə Almaniyanın ÜDM-i 3,2 trilyon dollardan 3,95 trilyona, adambaşına düşən daxili məhsul 34500 dollardan 47600 dollara qalxıb. O milyardların bir sentinə də barmaq uzatmayıb, Berlində çoxmərtəbəli binanın bir mənzilində yaşayır. Merkelin dövründə Almaniya Avropanın ən önəmli dövlətinə, dünyada söz sahibi olan, dünya düzənini müəyyənləşdirən dövlətlərdən birinə çevrilib. Amma Almaniyada ona bir nəfər “ulu öndər”, ya “analoqsuz lider” deyən varmı? Heç sağ ol deyən yoxdur, borcundur deyirlər, üstəlik seçkidən seçkiyə səslərini kəsirlər. Son seçkilərdə Merkelin partiyası zorla, kiçik üstünlüklə birinci oldu.
İlham Əliyevin 19 ordeni var, 16 universitetin fəxri doktorudur. Bəs eləməyib, gedib taekvondo üzrə 6 dan, karate üzrə 9-cu dan almağa da utanmayıb. 9-cu dan almaq üçün ömrünü karateyə həsr etməlisən, Kəmaləddinə bir-iki şillə-təpik vurmaqla 9-cu dan olmur ki.
Merkelin isə heç nəyi yoxdur. O sadəcə baş nazirdir, liderdir, şəxsiyyətdir. Və bu keyfiyyətlərini dediyi sözlərlə, etdiyi hərəkətlərlə, gördüyü işlərlə ortaya qoyur. Onun şəxsiyyətini, böyüklüyünü sübut etmək üçün nə dəmir-dümürə, nə də boş, mənasız adlara heç bir ehtiyacı yoxdur.
Bir nazir dönüb Merkelə “sizin tapşırığınızla” sözünü demək qədər özünü alçaltmaz. Bu iş ona tapşırılıb, bu iş onun işidir və yıxılsa da o işi görəcək. Azərbaycanda isə “sizin tapşırığınızla” sözü bir məmurun dilindən düşmür. Dünya koronovirusla vuruşur, bunlar prezidentin “tapş”ı ilə maska, spirt alırlar və sair. Belə çıxır ki, Əliyev tapşırmasaydı bunlar qoyun kimi durub koronalı virusa baxacaqdılar? Bu sənin işindir ay nəbilimnə. Hökumət sənin görməli olduğun işin çərçivəsini, resurslarını müəyyənləşdirir və bu çərçivə daxilində o işləri görmək sənin boynunun borcudur, kiminsə tapşırıq verib-verməməsinin nə dəxlı var. Yaltaqlığın başqa yolları yoxdurmu?
Bu günlər Avropa koronovirusla mübarizədə müxtəlif hüquqi məhdudiyyətlər, qadağalar tətbiq edir. Və bütün nəzarət polisə, məhkəmələrə həvalə edilib. Bir polis füsətdən yararlanıb üzəduranları “xoda” salmaqla kimisə şərləməyi ağlına gətirərmi? Bir məhkəmə Merkelin sifarişi ilə yox e, sadəcə onun xoşunə gəlmək naminə qeyri-obyektiv hökm verərmi? Merkel özü dünyanı ona dar etməzmi? Axı bilir ki, dövlətin sahibi o deyil. Birdən çaşıb ürəyindən sifariş etmək keçsə belə etməz. Çünki o sifarışə görə dövlətin sahibləri – xalq onun anasını ağladar.
Böyük xoşbəxtlikdir öz dövlətinin sahibi olmaq.

24saat.org

Mənbə – azadliq.info

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Çərşənbə, Yanvar 27, 2021
Clear
2 ° c
85%
3.73mh
-%
9 c 5 c
Ca
7 c 5 c
C
9 c 3 c
Şb
11 c 4 c
Bz

Seçmə