2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Almaniyanın “soyqırım” qərarından Avropa Məhkəməsinə şikayət

Almaniyanın Visloh şəhərində yaşayan Türkiyə kökənli vəkil Ramazan Akbaş Almaniyanın türklərin ermənilərə qarşı soyqırım törətdiyi iddiası ilə bağlı qərarından Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət etdi. Akbaş Almaniya Parlamentinin 1915-ci il hadisələrini soyqırım olaraq tanıyan 2 iyun 2016-cı il qərarının ləğv olunması üçün Almaniya Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Vəkil müraciətə mənfi cavab alınca, AİHM-ə üz tutdu.

Məsələyə açıqlama verən vəkil Akbaş şikayət qərarı ilə bağlı bunları söylədi: “Soyqırım Konvensiyasının girişində yer alan hökmə görə soyqırım cinayəti 1946-cı il tarixindən etibarən qəbul edilən bir cinayət sayılır və dövlətlərin soyqırım cinayəti ilə bağlı müqavilədə də bunu qəbul etdikləri ortaya qoyulmaqdadır. O halda Türkiyə Respublikasının soyqırım müqaviləsinə bağlı olaraq, qanuna görə məsuliyyət daşımasına imkan yoxdur. Hüquqi prosesin təqibçisi olacağıq və nəticənin Türkiyə Respublikası lehinə olacağına şübhəmiz yoxdur. ”

Saytların yığılması Saytlarin yigilmasi

Akbaş soyqırım qərarının da ancaq yerli və ya beynəlxalq cəza məhkəmələri vasitəsilə verilə biləcəyini, ondan kənar heç bir qərarın qanuni olmadığını vurğulayıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button