Loading...
Loading...
24 saat

Almurad Əliyev vəfat edib

Oktyabrın 11-də ictimai xadim Almurad Əliyev vəfat edib.

Almurad Əliyev Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qardaşıdır.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.

Elçibəy 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib. 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. 1993-cü ilin iyun ayında hərbi-siyasi qiyamla devrilib.

Almurad Əliyev 1938-ci il təvəllüdlü Əbülfəz Elçibəyin böyük qardaşıdır.

Almurad Qədirqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində doğulub. O, uzun sürən xəstəlikdən sonra 83 yaşında Bakıda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button