2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Alp dağlarında buzlaq uçub, ölənlər var

İtaliyanın Alp dağlarında böyük bir buzlaq axıb. Qar laylarının altında qalan ən azı 7 nəfər həlak olub, 15 nəfər itkin düşüb. Əlavə 8 nəfər yaralanıb, onlardan 2-sinin vəziyyəti ağırdır.

Saytların yığılması Saytlarin yigilmasi

Fəlakət yerində helikopter və axtarış itləri vasitəsilə xilasetmə işləri davam etdirilir.

“Marmolada” adlı buzlaq eyniadlı dağın yamacında yerləşirdi. Bu, İtaliyanın şimal-qərbindəki Dolomit Alpları silsiləsində ən yüksək dağdır.

“Marmolada”nın hündürlüyü 3 min 300 metrdir. Dolomit Alpları həm xizək sürərkən qışda, həm də yayda turizm üçün tanınan yerdir. Ölən və yaralananlar arasında müxtəlif ölkələrdən gələn turistlər var.

Yerli xilasetmə xidmətinin nümayəndəsi Valter Milan deyib ki, faciənin səbəbi hələ müəyyən edilməyib. Amma onun bildirməsinə görə, güman edilir ki, son vaxtlar İtaliyada müşahidə olunan anomal istilər səbəbindən buzlaq əriməyə və dağılmağa başlayıb. V.Milanın deməsinə görə, adətən, buz və qarın ərimədiyi üç kilometr yüksəklikdə belə, son günlər havanın temperaturu +10 dərəcə civarında olub.

Təbii fəlakət yerinə gələn İtaliyanın Baş naziri Mario Draqi də bildirib ki, buzların əriməsinə səbəb olan anormal istilər son illərdə Avropada daha çox hiss olunan iqlim dəyişikliyi ilə bağlıdır. “Belə təbii hadisələrin təkrarlanma ehtimalını minimuma endirmək üçün hökumət tədbirlər görməlidir”, – o deyib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button