2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Alternativ yol tikiləndən sonra Laçın rayonu tamamilə Azərbaycana qaytarılacaq

Bakı/22.11.21 Ötən ilin noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı 3 tərəfli bəyanatında Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur.

Bəyanatının 6-cı bəndinə əsasən üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək.

Bu barədə Prezident İlham Əliyev də ötən il Laçın rayonunun boşaldılması ilə bağlı xalqa müraciətində dedi ki, Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin  inşasına başlayacaqlar. O bunu mövcud dəhlizin Laçın şəhərindən keçdiyi ilə izah elədi ki, məqsəd Laçın şəhərini də qaytarmaqdır.Hətda vurğuladı ki, bunu tezləşdirmək niyyətindədirlər. «Burada vaxt da göstərilib – 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi».

Saytların yığılması Saytlarin yigilmasi

Bu plan qüvvəsində qalırmı? Qalırsa həmin istiqamətdə hansısa iş görülübmü? Ümumiyyətlə Azərbaycanın bu dəhlizlə bağlı nə kimi planları var?

Bu ilin sentyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirib ki mövcud Laçın dəhlizinin dəyişməz qalması üçün Ermənistan əlindən gələni edəcək.

Onun sözlərinə görə, “bu mövzuda Qarabağ «hakimiyyəti» və Rusiya sülhməramlı korpusunun komandanlığı ilə işçi müzakirələr aparılıb və sonra Ermənistan nümayəndələri də onlara qoşulacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Turana bildirilib ki, bu barədə hələlik heç bir rəsmi məlumat yoxdur.

Qeyd olunub ki, Laçın şəhərindən yan keçəcək yeni dəhliz yolunun inşası haqda rəsmi məlumat olduqda ictimaiyyətə açıqlanacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Azərbaycan dövlətinin mövqeyi qətiyyətli və birmənalıdır. «Bu mövqeyini cənab Prezident İlham Əliyev formalaşdırır və bütün dünyaya bəyan edib ki, Azərbaycan Ermənistanla bütün iqtisadi kommunikasıyaları açmağa hazırdır. Bu, regionun gələcəyi üçün çox önəmlidir».

O, qeyd edib ki, Nikol Paşinyanın «manevrlərinə» və alternativ yolları təklif etməsinə baxmayaraq Azərbaycanın məhz Zəngəzur dəhlizinin açılmasına nail olacaq. «Laçın dəhlizinə alternativ yolun açılması məsələsi plandadır, zaman tələb edir və sonrakı mərhələdə reallaşacaq».

Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, 10 noyabr bəyanatında 3 il ərzində Laçın dəhlizinin əvəzinə Ermənistanla Xankəndini birləşdirəcək dəhliz yolu açılmalı olduğu açıq göstərilsə də təfərrüatlar və texniki bilgilər barədə məlumat yoxdur. «Bu yol hardan keçəcəyi, bu necə bir yol olacağı, maliyyəsini kim verəcəyi barədə heç nə yazılmayıb. Fərz etsək ki, bu yol İlham Əliyev çıxışında dediyi kimi tikiləcək, amma bu yol hardan keçəcək? Bu barədə heç bir rəsmi məlumat yoxdur».

Onun sözlərinə görə, Laçın dəhlizi Laçın şəhərinin mərkəzindən keçir və imzalanmış bəyanata uyğun alternativ yol tikiləndən sonra Laçın rayonu tamamilə Azərbaycana qaytarılacaq. «Ola bilsin ki, bu Rusiyanın maraqlarına o qədər də uyğun deyil. Ona görə də həmin yol tikilmir. Üç tərəfli bəyanatda detallar əksini tapmayıb deyə, güclü tərəf hansı ki, Rusiyadır, istədiyi kimi onu interpretasiya edə bilər və bu sənəd onun əlini-qolunu açır».

Ekspertin fikrincə, hər şey Azərbaycan-Rusiya münasibətlərdən asılı olacaq. «Münasibətlər konflikt səviyyəsində olmayacaqsa ola bilsin ki, Laçın dəhlizinə alternativ yol açılsın. Ya da ki, bunu ümumiyyətlə etməsinlər. Bunu proseslər göstərəcək».-021C-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button