2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Altı yaşlı körpənin anası: “Fəryadıma səs verin”

Yayımlandı: 27 Fevral 2023 13:29

Ümidin yaşaması üçün 21 gündən bir iynə vurulmalıdır

“6 yaşlı oğlum Ümid Şahbazov bir neçə ildir ağır kombinə olunmuş immun çatışmazlığından əziyyət çəkir. Bu yaxınlarda Türkiyədən gələn həkimlər uşağa üstəgəl “Pilarowski-Bjornsson Sendorumu” diaqnozu qoydular. Həkimlərin dediyinə görə, belə uşaqların sayı dünyada bir neçə nəfərdir. Uşağın müalicəsi üçün maddi imkanımız yoxdur, sığorta çərçivəsində də müalicəsi edilmir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə 2017-ci il təvəllüdlü Ümidin anası Lüdmila Şahbazova bildirib. Ana deyir ki, uşaq həm də əlavə bir neçə xəstəlikdən əziyyət çəkdiyindən aylarla müalicə olunub. Ümidin yaşaması üçün 21 gündən bir iynə vurulmalıdır, ancaq çox bahalı olan iynənin alınmasına ailənin imkanı çatmır.

Əlimizdən heç nə gəlmir. Bir həftə əvvəl “Facebook” sosial şəbəkəsi üzərindən səhifə açdıq. Yaxınlarımızdan biri 60 dollar ödədi ki, bəlkə çox adam görə, kömək edə. Cəmi, 5 manat yığıldı. Etdiyimiz müraciətdə ancaq onu deyirlər ki, bu xəstəlik sığorta paketinə daxil edilməyib”.

L.Şahbazova bildirib ki, Kürdəmirdə yaşayır. Onkoloji əməliyyat olunan oğlunun həyatı hazırda 21 gündən bir vurulan dərmandan asılıdır. Həyat yoldaşı fəhlə kimi çalışır və ailəni güclə dolandırır:

Ana kimi fəryadıma səs verin. 2 ildir yalvarıram, bəlkə köməklik edələr, övladıma sümük iliyi köçürülsün. Uşaq gözümüzün qarşısında əzab çəkir”.

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı ilə bağlı rəsmi statistika yoxdur. Sümük iliyinin köçürülməsinə gəldikdə, bu, növbə ilə həyata keçirilir. Ötən ilin əvvəlinə olan rəsmi məlumata görə, sümük iliyinin köçürülməsi üçün 120-ə yaxın şəxs növbə gözləyir, il ərzində isə təxminən 30 xəstə əməliyyat edilə bilər. Ana isə deyir ki, Ümidin yaşaması üçün təcili maliyyə dəstəyinə ehtiyac var.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button