2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Amalımız ölkədə haqq-ədaləti bərpa etməkdir

Bu gün apardığımız mübarizə gələcəkdə baş verəcək gözəl hadisələrin solğun parıltısıdır

Hazırda Qobustan həbsxanasında cəza çəkən Nardaran məhbusu Abbas Hüseyn Rakurs TV-ə məktub ünvanlayıb. Məktubu təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

Öncə sizləri Qobustan Qapalı həbsxanasından salamlayıram. Dörd divar arxasından fikirlərimi sizlərə çatdırmaq hər nə qədər çətin olsa da, əlimdən gələni etməyə çalışıram. Bu yazıda ölkəmizin hazırkı vəziyyəti barədə fikirlərimi qələmə almışam.

Azərbaycanın zaman-zaman işğalçı dövlətlərin hücumuna məruz qalması faktdır. Amma o da faktdır ki, qorxmaz, cəsarətli xalqımız bu işğalçılara qarşı öz canı bahasına belə mübarizə aparıb. Tarixin bütün səhifələrində biz bu səhnəylə qarşılaşa bilərik. İnadlı, parlaq mübarizə nəticəsində Sovet imperiyasının əsarətindən qurtulmağımızdan uzun zaman keçməyib. Bütün bunlar göstərir ki, xalqımız hər zaman öz mübarizə potensialını qoruyub saxlayıb. Belə potensialı olan millət istənilən zamanda, istənilən zülm qarşısında dirəniş göstərə bilər!

Azadlıq elə bir hisdir ki, heç zaman ölmür, daim yaşayır. İnsan ruhundakı azadlığı əlindən almaqda ən qatı diktatorlar belə acizdirlər. Bu gün məmləkətimizdə azadlıqlarımız günbəgün məhdudlaşdırılaraq, yoxa çıxır. Ancaq ruhumuzdakı azadlığı məhdudlaşdırmaq mümkün deyil. Məhz ruhumuzdakı azadlıq səbəb olub ki, biz zülmün kökünü kəsməkdən ötrü cismani azadlığımızdan vaz keçib, zindanları seçmişik. Bu gün apardığımız mübarizə gələcəkdə baş verəcək gözəl hadisələrin solğun parıltısıdır. Ümumiyyətlə, müqəddəs hədəf və məqsəd cəmiyyətdəki problemlərin həllini düşünmək, insanların hüquq və azadlıqlarını qorumaq, insanlar arasında birlik, bərabərlik yaratmaqdır. Bizim amalımız ölkədə haqq-ədaləti bərpa etmək, qələbə qazanmaq üçün daim mübarizə aparmaqdır. Çe Gevara deyirdi ki, “realist olun, mümkün olmayanı istəyin”. Biz həmin mümkün olmayanları mümkün etməyə çalışanlarıq. Çünki xalqın gücünə inanırıq.

Ölkəmizdə elə bir cəmiyyət qurmaq lazımdır ki, hazırkı feodal qanunları dağılsın, hakimiyyət xalq üçün işləsin. Əminəm ki, düşməni tanıyıb, özümüzə güvənsək, firəvan həyat hər kəsin nəsibi olacaq. Unutmayaq, haqq-ədalət o zaman tam bərpa olacaq ki, şüurlara bərabərlik, birlik ideyası hakim kəsiləcək. Parəkəndəliyin mövcud olduğu mühitdə isə uğur qazanmaq olmaz. İlk öncə zehinlərimizdən parakəndəlik məfhumunu silib atmalıyıq. Ölkəmizdə yeni həyat qurmağın bir yolu var: o da inqilabi məqsədlə mübarizə aparmaq… Son edilən inqilablara nəzər salsaq, onların da xalqların həyatında necə mühüm dəyişikliklərə səbəb olduqlarını görərik. Gürcüstanda “Qızılgül”, Qırğızıstanda “Zanbaq”, Ukraynada “Narıncı”, Tunisdə “Yasəmən”, Misirdə “Nilufər” – bu inqilablarla insanlar yeni tarix yazıblar. Bəs, biz niyə inqilab etməliyik? Azad olmaq üçün. İnqilab üçün isə ilk öncə düşüncələrimizdə dəyişiklik etməliyik.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button