2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Amazon” böyük həcmli pərakəndə mağazalar açacaq

Tamara Mustafayeva, Banco.az

“Amazon” böyük həcmli pərakəndə mağazalar açmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi “Amazon” geyim, ev əşyaları, elektronika və digər sahələr üzrə satışlarını artırmağa istiqamətlənən yeni addım atmağı planlaşdırır. Belə ki, ABŞ-da çox böyük pərakəndə mağazalar açmağı düşünən şirkətin ilk böyük mağazalarından bəzilərinin Kaliforniya və Ohayo ştatlarında açılması gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbərə görə, sözügedən mağazalar 2 min kvadrat kilometrdən böyük olacaq və burada tanınmış markaların məhsulları satışa çıxarılacaq. Buraya hansı markaların daxil olduğuna dair heç bir məlumatın əks olunmadığı xəbərdə həmçinin “Amazon”un özünə məxsus məhsulların da satılacağı bildirilib.

Xatırladaq ki, Ceff Bezos tərəfindən 1994-cü ildə onlayn kitab satışı həyata keçirən sayt kimi təsis edilmiş “Amazon” daha sonra açdığı kitab mağazaları və ərzaq məhsullarının satışı ilə məşğul olan supermarket şəbəkələri ilə pərkəndə satış sektorunda uzun müddətdir ki, məxsusi yerə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button