2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Amazon” ofisə qayıdış vaxtını yenidən təxirə saldı

Tamara Mustafayeva, Banco.az

7 sentyabr 2021-ci ildə işçilərinin ofislərə qayıtmasını planlaşdıran “Amazon” şirkəti yoluxma sayının artmasından sonra sözügedən tarixi gələn ilin yanvar ayınadək təxirə salıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən ilin mart ayından etibarən pandemiya ilə mübarizə çərçivəsində əməkdaşlarının məsafədən işləməyinə qərar verən e-ticarət nəhəngi ötən həftə açıqlama edərək 7 sentyabr 2021-i ofisə qayıdış tarixi kimi elan etmişdi. Ancaq koronavirusun Delta ştammının sürətlə yayılması səbəbindən planlarında dəyişiklik etməli olan digər şirkətlər kimi “Amazon” da müəyyən edilmiş tarixi təxirə salmalı olub. Ofisə qayıtdıqdan sonra hibrit sistemi üzrə fəaliyyət göstərəcəklərini bildirən şirkət sözügedən tarixin isə 2022-ci ilin yanvar ayından başlayacağını qeyd edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, şirkət ofislər açıldığı zaman vaksinasiya sertifikatı təqdim etməyən işçilərdən qoruyucu maska taxmalarını tələb edəcək.

Xatırladaq ki, bir müddət əvvəl də tanınmış şirkətlər “Microsoft”, “Google” və “” işçilərin ofisə qayıtması üçün peyvənd olunmağı şərt kimi irəli sürmüşdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button