2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Amazon” qlobal miqyasda on minlərlə insanı işlə təmin edəcək

Tamara Mustafayeva, Banco.az

“Amazon” 55 min insanı işlə təmin edəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi “Amazon” şirkətinin yeni CEO-su Andy Jassy növbəti aylar ərzində texnologiya və korporativ sahədə qlobal miqyasda 55 min insanı işə götürməyi planlaşdırdıqlarını açıqlayıb. Bununla da, müvafiq şöbələrdə 20%-lik artıma imza atılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

İyul ayında vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə mətbuata açıqlama verən Andy Jassy pərakəndə, reklam və digər sahələrdəki tələbi qarşılamaq üçün daha çox işçi qüvvəsinə ehtiyac duyduqlarını bildirib. O, sözügedən 55 min nəfərin 40 mindən çoxunun Amerikanın payına düşəcəyini, qalan qisminin isə Hindistan, Almaniya və Yaponiya kimi ölkələrdən seçiləcəyini vurğulayıb.

Xatırladaq ki, şirkət ötən il ABŞ-da anbar və çatdırılma sahələrində işləmək üçün 500 mindən çox insanı işə qəbul etmişdi.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button