2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

AMB-nin valyuta ehtiyatları beşillik maksimuma çatıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin avqustun 31-nə 7,043 mlrd. ABŞ dollar təşkil edib.

Bu, 2015-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Belə ki, bankın valyuta ehtiyatlarının həcmi bundan çox sonuncu dəfə 2015-ci ilin avqustun 31-də olmuşdu – 7,315 mlrd. manat.

2015-ci ilin əvvəlindən bəri AMB-nin valyuta ehtiyatlarının ən aşağı səviyyəsi isə 2016-cı ilin yekununda (31.12.2016) qeydə alınmışdı – 3,974 mlrd. dollar. Sözügedən tarixdən ölkənin maliyyə tənzimləyicisinin rəsmi valyuta ehtiyatları 77,2% artıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı (2017-ci ilin yanvar ayından bəri qeydə alınmış ən kəskin aylıq artım) Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.

Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (530 mln. dollara yaxın) ayırmışdı.

Bundan əvvəl apreldə AMB-nin valyuta ehtiyatlarının 2021-ci ildə 6,3 mlrd. dollar, 2022-ci ildə isə 6,5 mlrd. dollar təşkil edəcəyini güman edən BVF, sözügedən növbədən kənar maliyyə bölgüsündən sonra çox güman, öz proqnozlarına düzəliş etməli olacaq.

APA

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button