2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

“Ambassador”da azyaşlı qızla əlaqədə olan şəxsin otel müdirinin oğlu olduğu bildirilir

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğuna görə, evli kişiyə cinayət işi açılıb. Bu barədə Yenicag.az-a zərərçəkmiş şəxsin atası T.Quliyev (ad şərtidir-red) məlumat verib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi “Ambassador” otelinin otağında 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb.

İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.

Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, hazırda Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb.

Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazıdırlar. Onlar ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib. Valideynin iddiasına görə, bütün sübutlara baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov dəlilləri gözardı edir. Ekspertiza rəyi ilə razılaşmayan valideyn təkrar ekspertizanın keçirilməsini tələb etsə də, iş tələsik Bakı Apellyasiya Məhkəməsinə yönləndirilib.

Tanınmış jurnalist Əli Əhmədov isə iddia edir ki, azyaşlı qıza qarşı cinayət törətməkdə ittiham edilən şəxs elə “Ambassador” otelin sahibib oğludur.

Az24saat.org xəbər verir ki, o, bu barədə Dacebook profilində məlumat yayıb:

“Tanıdığım ailədir, sadəcə şokdayam…

Deməli, dədəsinin puluna arxayın olan, harınnamış, arvad-uşağı olan bir əclaf biqeyrət, azyaşlı uşağı aldadıb aparıb öz atasının otelinə (Ambassador otelidir), namusuna təcavüz edib. Hələ bu «qəhrəmanlığını» telefona da çəkib. İşin üstü açılan kimi də telefonunu satıb ki, izi itirsin. Çox istərdim ki, belə hadisə onun qızının başına gətiriləndə və günahkar şəxs həyasızcısana «telefonumu tanımadığım adama satmışam» deyəndə bir onun üzünə baxım.

Amma maraqlısı bu deyil. Maraqlısı odur ki, tibbi ekspertiza deyir ki, bəs «heç nə olmayıb». Yəni bu faktın olduğunu inkar edir. Valideynləri şübhələnib uşağı başqa yerlərdə yoxlatdırandan sonra aydın olub ki, ekspertiza düz demir – uşağa təcüvüz edilib. İndi bu əclafın cəzalandırılması bir yana, ailə hələ hadisənin olması faktına düzgün qiymət verilməsnini hayında qalıb.

Məhkəmə də götürüb, «qəhrəmana» ev dustaqlığı verib. Evdə oturub çay içə içə televizora baxmağı «dustaqlıq» sayıb bu məhkəmə.

Zərərçəkən tanıdığım ailədir, hadisəni eşidəndə qulaqlarıma inanmadım. Ekspertiza və məhkəmənin qərarından sonra isə ümumiyyətlə dəhşətə gəldim.

Hələ davamı da var – zərərçəkən tərəf məhkəmənin qərarından apellyasiya verib, 5-ci gün axşam. Apellyasiya prosesi 10 gün ərzində keçirilməlidir. Amma görün, nə baş verib, 6-cü gün (iş günü deyil a), müstəntiq zəng edib ki, bəs 1-ci gün məhkəmədir, saat 10-da gəlin. Yəni ki, əlavə dəlil-sübut tapmamış tez işi bağlayaq.

Adam indi başa düşür ki, bu əclaf nəyə arxayın olub belə hərəkətlər edirmiş.

Gəl, indi bundan sonra bu xarabada haqq-adələtə inan. Sakit ailə, heç kimlə işi yox, başın salıb aşağı kasıblığın edir və birdən-birə hansısa əclafın əli ilə başları düşür bəlaya.

Bu cinayəti gizlətmək, cinayətkara güzəşt edib, nəyinsə müqabilində cəzasını yüngülləşdirmək və cəzadan qorumaq istəyənlər mənim gözümdə elə cinayətkarın özü qədər əclafdırlar…”

Qeyd edək ki, “Ambassador” otelin mərhum müdafiə sənayesi naziri Yavər Camalova məxsus olması barədə mediada məlumatlar yayılıb. Amma otelin konkret müdirinin kim olduğu bilinmir.

Xatırladaq ki, Yavər Camalovun vəfatından sonra nazir postu boş qalıb və ötən ay nazirliyin ləğv edilərək, bazasında “Azərsilah” ASC yaradılması barədə sərəncam verilib.

P.S. Məqalədə adı çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button