2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

AMEA rəsmisi yataqxana sakinlərinin ittihamlarına cavab verdi

Azərbaycan Milli Elmlər Akademiyasının Yasamal Rayon Şərifzadə 12 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinlərinin ev problemləri ilə bağlı silsilə yazılar vermişdik. Bilməyənlər üçün qeyd edək ki, yataqxana sakinləri AMEA və “Yevrostroy -S” M şirkəti arasında baş tutmuş müqavilə əsasında yataqxana həyətində tikilən binadan ev almalı olduqlarını, bu məsələdə çoxlu qanun pozuntularına yol verildiyini, əllərində buna dair sübutların olduğunu,5 nəfərin isə naqd pulla AMEA-dan mənzil aldıqlarını iddia ediblər.
Bzim Yol olaraq qarşı tərəfin də mövqeyini əks etdirməyi borc bilirik. Mənzil Komissiyasının üzvü AMEA işlər idarəsinin müdir müavini Sərdar Əliyev bu gün redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, yataqxana sakinlərinin söylədikləri həqiqəti əks etdirmir. “Adı çəkilən şəxslərin heç biri AMEA-dan mənzil almayıblar. O evləri göstərin, o mənzilləri biz sizə verək. Mən uzun illərdir, mənzil komissiyasının üzvüyəm, AMEA-da hər zaman bu məsələlərə ədalətlə baxılıb. Sözügedən məsələylə bağlı yataqxana sakinləri məhkəməyə müraciət edə bilərlər. ”,- deyə Sərdar Əliyev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button