2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

AMEA: Valideynlər övladlarına “Dilənçi”, “Cındır” kimi adlar verirlər

“Tövsiyə olunmayan adlarla bağlı işlər davam etdirilir”.

Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu gün də bu cür adlar qoyulur:

Saytların yığılması Saytlarin yigilmasi

“2014-cü ildə biz belə adları topladıq və məlum oldu ki, 1800-ə qədər bu cür ad var. Həmin adlar daha çox sovet hökuməti dövründə qoyulurdu. Amma bu gün də, təəssüf ki, yenə bu kimi hallara rast gəlinir. Yəni valideynlər tərəfindən “Dilənçi”, “Cındır” kimi adlar övladlarına verilir. Valideynlərlə söhbətlər zamanı onlara bu cür adlardan istifadənin gələcəkdə övladları üçün psixoloji problem yaradacağı izah edilir.

Bilirsiniz, adlar milli kimliyi və azərbaycançılıq ideyasını özündə ehtiva etməlidir. Bu baxımdan, ad məsələsi həssas məqamdır”.

Sayalı Sadıqova qeydiyyat idarələrində bu cür adların qarşısının alınması zamanı ad və soyadlarla bağlı qərarlara əsaslanıldığını vurğulayıb:

“Qeydiyyat idarələrində valideynlər bu cür adları vermək istədikdə ad və soyadlarla bağlı maddələrə əsaslanaraq onların qarşısı alınır. Məsələn, birinin nəslində Gürzəbəyim adı olub və indi o adı övladına vermək istəyir. Bu zaman həmin valideynlərə izah edilir ki, “gürzə” və “bəyim”in yanaşı işlənməsi doğru deyil. Bu uşağın gələcək taleyinə təsir edə bilər. Bu səbəbdəndir ki, 18 yaşına çatdıqda bəzi gənclər adlarını dəyişmək üçün müraciət edir”.

Professor həm oğlanlara, həm də qızlara qoyulan ortaq adlara da toxunub:

“Həmçinin qız adının oğlana, oğlan adının qıza qoyulması halları da olur. Bunlarla bağlı da müəyyən tövsiyələr verilir, maarifləndirmə işləri aparılır. Amma onu da deyim ki, elə adlar var, onlar, həqiqətən, ortaqdır”. (APA)

24 saat” “AMEA: Valideynlər övladlarına “Dilənçi”, “Cındır” kimi adlar verirlər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button