2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Amensty İnternational Azərbaycanda dinc etirazların polis tərəfindən dağıdılmasını pisləyib

Bakı/16.12.21 “Azərbaycan hakimiyyəti siyasi müxalifətə qarşı repressiyalarını davam etdirir, ifadə və dinc toplaşma azadlığı hüquqlarını pozaraq dinc etirazlara sərt münasibət göstərir”. Bu barədə Amensty İnternational təşkilatının bəyanatında deyilir.

“Azərbaycan polisi tərəfindən dinc etirazçılara qarşı zorakılıqla həbslərə, işgəncələrə və digər pis rəftarlara son qoyulmalıdır”.

Təşkilat qeyd edir ki, hakimiyyət ifadə azadlığı və dinc toplaşmaq hüququndan istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməli, polisin küçədə lüzumsuz və ya həddindən artıq güc tətbiq etməsinə dair bütün halları, işgəncə və digər pis rəftar iddialarını səmərəli şəkildə araşdırmalı, saxlanılan şəxslər və şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Amnesty İnternational dekabrın 1-də AXCP fəalı Saleh Rüstəmlinin azadlığı tələbi ilə Bakıda dinc etiraz aksiyasının zorakılıqla dağıdıldığını və aksiya iştirakçılarının polis tərəfindən təzyiqlərə məruz qaldığını xatırladıb.

“Daxili İşlər Nazirliyinin məlumatına görə, polis dekabrın 1-də keçirilən mitinqi “qanunsuz” olduğu üçün dağıdıb. Bunun üçün şəhər hakimiyyət orqanlarından əvvəlcədən icazə alınmayıb və onun iştirakçıları Covid-19 karantin qaydalarını pozub. Nazirliyin sözçüsü hadisə ilə bağlı araşdırma aparılacağını vəd etsə də, sonradan aksiyada saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu və digər etirazçılara qarşı amansız rəftar ittihamları “əsassız” sayılaraq təkzib edilib”.

Amnesty International Azərbaycan hakimiyyətinin azadlıq hüququnun həyata keçirilməsini qadağan etməkdə davam etməsindən narahat olduğunu deyir.

“Bu, həm milli qanunlara, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir.  Bundan başqa, təşkilat Azərbaycan hakimiyyətinin dinc etirazları məhdudlaşdırmasını əsaslandırmaq üçün pandemiya ilə bağlı qaydaları və məhdudiyyətləri özbaşına tətbiq etməyə davam edirlməsidən narahatdır”. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button